Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Paşinyan ilk görüşdə bu iddianı irəli sürsə... – Qarabağ dialoqu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin ilin sonunadək liderləri görüşdürməyə çalışacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan rəsmiləri də artıq müharibənin qaçılmaz olduğunu etiraf edirlər:

“Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır. Buna baxmayaraq, Armen Sərkisyan İlham Əliyevlə görüşə hazır deyil, o, Azərbaycan prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması gərəkdiyini bildirib. Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir”.

Politoloq qeyd edib ki, yaxın zamanda Kremlin Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışması mümkündür:

“Bu, payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə o, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə, diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur”.

Tarix
2018.07.09 / 10:11
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Makronla görüşdü - Foto

Əliyevlə görüşə hazıram, səbəb var - Paşinyan

Bakı üçün tarixi şans: Nikol Kremllə əlaqələri dağıdır...

İlham Əliyev Parisdə mühüm görüşlər keçirdi

177 hüquqi şəxs, 710 əcnəbi... - Əliyeva faktları açıqladı

İlham Əliyev Fransada: Qarabağ müzakirəsi - Yeniləndi

Azərbaycanın təklifləri qəbul edildi - XİN

İtaliya prezidentinin səfəri başa çatdı

Azərbaycan yeni səhifənin qəhrəmanı ola bilər - Mattarella

Novruz Məmmədov İtaliya prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla