Yuxarı

Nazirlər görüşür, amma Nikol hələ də hazır deyil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, nazirlərin görüşü gözlənilən idi.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bu görüşün tanışlıq xarakteri daşıdığını bildirib:

“Çünki bu Azərbaycan tərəfi ilə Ermənistanın yeni naziri Zoqrab Mnatsakanyan arasında keçiriləcək ilk görüşdür. Ona görə də sırf tanışlıq xarakteri daşıyacaq bu görüşdən əlavə nəsə gözləmək olmaz. Əslində, tərəflər görüş çərçivəsində danışıqlar prosesinin növbəti mərhələləri və gələcək gözləntilər barədə danışacaqlar”.

Politoloq danışıqlar prosesi ilə bağlı vacib bir məqama da toxunub:

“Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi üzrə hazırda danışıqları aparan əsas fiqur Azərbaycan prezidentidir. Paşinyan isə açıq şəkildə danışıqlardan boyun qaçırır. Ermənistan tərəfindən əsas danışıqlarda kimin iştirak edəcəyi hələ də bilinmir. Danışıqlar prosesini Armen Sərkisyanın apara biləcəyi də ilkin versiyalar sırasındadır. Bu şəxs siyasi konsensus nəticəsində tamamilə başqa bir fiqur da ola bilər. Ancaq bu nonsensdir. Hesab edirəm ki, Azərbaycan prezidentinin Rusiyaya səfərində Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ konflikti kontekstində aparılan müzakirələr nəticəsində bu məsələ müzakirə olunacaq. Çünki Rusiya tərəfi də bu məsələdən dolayı narahatdır. Zənnimcə, Ermənistan Rusiyanın təkidindən sonra danışıqları aparacaq əsas fiqurunu müəyyən edəcək. Yəqin ki, bu məsələ ən azından növbəti mərhələyə qədər öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici işlər naziri iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində görüşəcəklər.

Tarix
2018.07.09 / 13:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla