Yuxarı

Brüsselə şərtlə gedən Nikol hansı duruma düşdü?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən diqqətçəkən məsələ Paşinyanın Brüsseldən əliboş qayıtmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan bu sammitdən özü üçün ciddi dərs aldı:

“Çünki o, Gorus şəhərində əhali ilə görüşü zamanı bildirmişdi ki, Brüsselə gedib-getməməyi orada qəbul ediləcək son bəyanatlardan asılı olacaq. O, bir ifadə işlətmişdi ki, guya əldə olan məlumatlara görə, sammitin yekun bəyanatında ərazi bütövlüyü məsələsi öz əksini tapmayacaq. Halbuki belə bəyanatlar NATO-nun bütün sammitlərində olur. Paşinyanın rəqibləri əlbəttə bundan istifadə edə bilər. Ötən ilin sonlarında Polşanın Varşava şəhərində keçirilən sammitdə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi. Hər sammitdə ölkələrin ərazi bütövlüyü məsələsinə beynəlxalq hüququn əsas prinsipi kimi əməl edilməsi də tövsiyə edilir”.

Q.Hüseynli qeyd edib ki, Paşinyan bu sammitdən sonra Dağlıq Qarabağ ətrafında müxtəlif manevrlər etməyin heç bir əhəmiyyətinin olmadığını anlayacaq:

“Çünki beynəlxalq hüquq normaları, NATO, AB, BMT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də Azərbaycanın əlində artıq güclü imkanlar var. Artıq Azərbaycanın birinci hədəfləri sırasında NATO-ya inteqrasiya etmək məsələsi də qərarlaşıb. Amma biz NATO-ya daxil olmaq haqqında yüksək siyasi səviyyələrdə bəyanatlar verməmişik. Güman edirəm ki, bu, Azərbaycanın beynəlxalq aləmdəki siyasi mövqelərini ciddi surətdə möhkəmləndirəcək”.

Politoloq vurğulayıb ki, Paşinyan mümkün olmayan bir məsələ uğrunda mübarizə aparır:

“Yəni ərazi bütövlüyü məsələsi bu gün gündəmə gəlməyib. Bu, beynəlxalq hüququn əsas prinsipidir. Artıq 4 ilə yaxındır ki, keçirilən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı qaydada dəstəklənir. Paşinyan mümkün olmayanı mümkün etmək iqtidarına malik deyil. Kiçik bir ölkənin təcrübəsiz və naşı rəhbəri nəhəng dövlətlərin birliyindən ibarət qurumları öz iradəsinə tabe edə bilməz. Bu nöqteyi-nəzərdən onun Gorusda verdiyi vədlər də məntiqsiz və əlaqəsiz idi. Bu gün onun populizmi özünü daha aydın surətdə göstərir”.

Politoloq bildirib ki, Paşinyan Brüsselə səfəri zamanı cidd-cəhdlə AB-dən 70-80 milyon avro pul almaq istəyirdi:

“Amma AB-nin təcavüzkar bir ölkəyə yardım göstərməsi çətindir. Hələ heç bir demokratik islahatlar yerinə yetirməmiş, hər şeyin əvvəlki qaydada davam etdiyi Ermənistana bu pulu ayırmaz. Digər tərəfdən hazırda AB üçün ən mühüm məsələ regionda Dağlıq Qarabağ münaqişəsinin həlli və bu həll prosesində Ermənistanın oynayacağı roldur. Onlar yaxşı bilirlər ki, Ermənistan Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirib. Ermənistanın boğazına qədər bataqlığın içərisində olması da hər kəsə məlumdur. Ona görə də bu ölkə ilə səmimi əməkdaşlığın inkişaf etdirilməsinə hələ çox var. Bu mənada Paşinyan hələ bir müddət erməni xalqının başını populist vədlərlə qatmalı olacaq”.

Tarix
2018.07.14 / 11:53
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla