Yuxarı

Paşinyanın qeyri-adekvat açıqlamaları nəyə hesablanıb?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan son vaxtlar qeyri-adekvat açıqlamalarla yadda qalır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, bu, daxili elektorata hesablanmış bir siyasətdir:

“Brüssel sammitindən öncə Paşinyan Gorusda xalqla görüşündə də bu cür bəyanatlar səsləndirmişdi. Amma NATO-da Ermənistanın elə bir səsi yoxdur ki, o, orada hansısa problemi qaldırsın. Eyni zamanda, hətta Moqerinin imzaladığı bəyanatda da Azərbaycan, Ukrayna, Moldova, Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qərar qəbul edildi. Bu, birmənalı şəkildə o deməkdir ki, onlar Azərbaycanın BMT-nin bütün qərarlarına uyğun olaraq ərazi bütövlüyünü dəstəkləyirlər”.

Politoloq qeyd edib ki, Paşinyan separatçı qüvvələrin üçüncü tərəf kimi danışıqlarda iştirak etmələrinə çalışırdı:

“Amma Brüssel sammitindən sonra onun bu siyasəti də fiaskoya uğradı. Azərbaycan da buna birmənalı şəkildə razı ola bilməz. Məmmədyarovla Mnatsakanyanın 4 saata yaxın çəkən görüşündə də əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün üzərində qurulub”.

Politoloq vurğulayıb ki, Paşinyanın bütün açıqlamaları seçkiqabağı kampaniyaya hesablanıb:

“Seçkiqabağı onun verdiyi sözlər məhz Serj Sərkisyanın düzgün siyasət aparmamasını bir daha üzə çıxarmaqdan ibarətdir. O, Sərkisyanın komandasının Qarabağ kartından düzgün istifadə etməməsini sübut etməyə çalışır. Bu, onu göstərir ki, Ermənistanda keçirilicək parlament seçkilərində yenə Qarabağ ən mühüm kartlardan biri olacaq”.

Tarix
2018.07.14 / 17:14
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla