Yuxarı

Köçəryan klanı ətrafına toplayır: Nikola qarşı cəbhə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Robert Köçəryan siyasətə qayıtmaq niyyətini bəyan edib və bunun üçün iki başlıca səbəbin olduğunu bildirib. Köçəryana görə səbəblərdən birincisi geosiyasi vəziyyətdən doğan risklər, ikincisi isə ölkənin indiki hakimiyyətinin təcrübəsizliyidir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, Köçəryanın siyasətə qayıdışında yeni geosiyasi reallıqların iştirakçısı olan qüvvələrin rolu, daha doğrusu izi görünür:

“Əslində, Köçəryan siyasətdən heç vaxt getməyib. Sadəcə, ona müvəqqəti olaraq ehtiyat oyunçular skamyasında oturmağı əmr ediblər. Eks-prezidentin yenidən meydana atılmasının əsas səbəblərindən biri və bəlkə də birincisi onun özünü və varidatını qoruma instinkti ilə bağlıdır. Robert Köçəryan siyasi proseslərin episentrinə yenidən həbs olunmamaq üçün qayıdır. O bunun üçün əlverişli şəraitin yetişdiyi qənaətindədir. Çünki Nikolun təcrübəsizliyi və nüfuzdan düşməsi fonunda Robertin pərən-pərən düşmüş Qarabağ klanını öz ətrafına toplaması üçün əlverişli şərait yaranıb”.

Analitik Köçəryanı fəallaşdıran digər amillərin olduğunu düşünür:

“Amma bu amillər özünün iddia etdiyi kimi Ermənistanın ətrafında dəyişən vəziyyətlə bağlı deyil. Guya dəyişən geosiyasi reallıqlar fonunda Köçəryan siyasətə qayıdıb nə edəcək ki? Bu reallıqların qarşısını alacaq, yaxud öz xeyrinə dəyişəcək? Şübhəsiz ki, bu reallıqları dəyişmək nəinki Köçəryanın, heç bütövlükdə Ermənistanın imkanları daxilində deyil. Robert Köçəryan siyasətə qayıdışının səbəblərindən biri kimi dolayısıyla Ermənistanın dost olmayan ölkələrlə əhatə olunduğunu göstərir. Amma unudur ki, qonşu dövlətlərin Ermənistana olan münasibətini elə Ermənistanın özü formalaşdırıb. Ermənistan həmsərhəd olduğu 4 dövlətdən birinin - Azərbaycanın ərazisini işğal edib. Digər ikisinə - Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edir. Dördüncü həmsərhəd dövlətlə - İranla isə yalnız hakimiyyətdə olan rejimin etnosiyasi maraqları baxımından hələlik yola getməyi bacarır. Lakin bu amil də getdikcə öz əhəmiyyətini itirir. Robert Köçəryanın məhz Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra “siyasətə qayıdış” bəyanatıyla çıxış etməsi də Azərbaycan-İran münasibətlərindəki ziddiyyətlərin tamamilə ortadan qalxa biləcəyi ehtimalı ilə bağlıdır”.

E.Mirzəbəyli qeyd edib ki, Köçəryanın yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi göstərdiyi əsas faktor - güclü ordu amili də artıq öz əhəmiyyətini itirib:

“Azərbaycan Silahlı Qüvvələrinin artan gücü və döyüş qabiliyyəti, eləcə də regionun böyük dövlətlərinin hərbi potensialının qarşılığında Ermənistanın mövcud potensialı ilə yalnız kapitulyasiya aktına imza atmaq olar. Robertin mövcud vəziyyətdən çıxış yolu kimi heç bir alternativi yoxdur. O, yalnız ölkə daxilində repressiyaları gücləndirə, ona qarşı çıxanları qətlə yetirə, özünün, ailəsinin, yaxın ətrafının və varidatının qorunması üçün müəyyən zəmanətlər almağa cəhd göstərə bilər. Köçəryan regiondakı vəziyyətin işğala son qoyulması ilə başa çatacağını çox güman ki, yaxşı başa düşür. Ermənistan dövlət olaraq mövcudluğunu qorumaq üçün danışıqlar prosesində konstruktiv mövqe sərgiləmək, işğalçılıqdan əl çəkmək məcburiyyətindədir. Bunun başqa alternativi yoxdur. Bu proses Paşinyanın vasitəsi ilə həyata keçəcəksə, o zaman Köçəryan, Sərkisyan və digərləri bu və ya digər cinayətlərinə görə şübhəsiz ki, öz cəzalarını alacaqlar. Məhz bu səbəbdən də Köçəryan və Qarabağ klanı prosesin onların iştirakı ilə gerçəkləşməsi üçün hakimiyyəti yenidən mənimsəməyə can atır. Çünki bu onların öz maraqlarını təmin etmələri, azadlıqlarını, siyasi mövcudluqlarını və cinayət yolu ilə əldə etdikləri kapitalı qorumaq üçün yeganə vasitədir”.

Tarix
2018.08.17 / 14:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla