Yuxarı

Azərbaycan bundan daha çox xeyir götürəcək – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konvensiyanın imzalanması bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün böyük uğur, dönüş nöqtəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Xəzərin hüquqi statusunun həlli ilə bağlı sənədin qəbul olunması müəyyən dövlətlərin öz xeyrinə olan iddiaları üzündən gecikirdi:

“Nəhayət, ümumi razılığa gəlindi və Xəzəryanı dövlətlərin mənafeyi ədalətli şəkildə təmin olundu. Azərbaycanın Xəzəryanı dövlətlərlə tarixi əlaqələri və münasibətləri mövcuddur. Ancaq Konvensiyanın imzalanması sözügedən ölkələrlə daha sıx əməkdaşlıq və tərəfdaşlığa şərait yaradacaq. Konvensiyanın şərtləri bütün Xəzəryanı dövlətlərə sərfəli şərtlər yaradır”.

Millət vəkili bildirib ki, Konvensiyanın iqtisadi tərəfindən başqa, siyasi tərəfləri də önəmlidir:

“Azərbaycan Prezidenti İlham Əliyev Aktauda çıxışında Ermənistanın işğalçılıq siyasətinə toxundu. Əslində, buradan çıxan nəticə o idi ki, hərtərəfli əməkdaşlıq edən dövlətlər bir-birlərinin ərazi bütövlüyünün təmin olunmasına və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Yəni ölkə başçısı sətiraltı olaraq mesajı verdi ki, sözügedən dövlətlər Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasına biganə qalmamalı, bu istiqamətdə işğalçıya təsir etməlidir. Bu çox vacib bir məqam idi”.

E.Məmmədov hesab edir ki, Xəzərin hüquqi statusuna dair sənədin imzalanmasından təkcə Xəzəryanı ölkələr deyil, eyni zamanda, müəyyən layihələrdə iştirak edən və Xəzərdən kənar dövlətlər də mənfəət götürəcəklər:

“Konvensiya bütün region ölkələri üçün də fayda gətirəcək. Ancaq tranzit nəqliyyat şəbəkəsi kimi Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizinin intensiv fəaliyyətindən daha çox xeyir götürəcək. Bu, cənab prezidentin apardığı düzgün və məqsədyönlü siyasətinin növbəti uğurlu nəticəsidir”.

Tarix
2018.08.17 / 16:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla