Yuxarı

Putinin Nikola ciddi iradı və xəbərdarlığı – Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:23

Paşinyan demək olar ki, bütün məsələlərdə Rusiyanın dediklərini qəbul etdi.

Bu sözləri Axar.az-a Paşinyanın rusiyalı ekspertlərin ABŞ laboratoriyalarına girişinə icazə verməsi qərarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan son səfərində ölkəsinin Rusiyadan asılılığını bir daha sübuta yetirdi:

“Hətta belə bir kəlmə işlətdi ki, Ermənistanla Rusiya arasındakı münasibətlər indiyə qədər görülməmiş bir səviyyəyə qalxıb. Guya Paşinyanın dövründə Rusiya-Ermənistan münasibətləri hətta Serj Sərkisyanın dövründəkindən daha yaxşı vəziyyətdədir. Paşinyan həqiqətən Rusiya qarşısında təzim edib, bütün tapşırıqları yerinə yetirəcək. Çünki Rusiya ciddi iradlarını bildirib. Həm də ona xəbərdarlıq edilib ki, ölkənin iqtisadi potensialının 75%-i Rusiyanın əlindədir. Eyni zamanda, Putin eyham vurdu ki, Rusiya ən ucuz qazı Ermənistana satır və istənilən vaxt qazın qiymətini qaldıra bilər. Ümumiyyətlə, belə fikir səsləndirilib ki, Rusiya Ermənistan dövlətçiliyinin zaminidir. Maraqlısı budur ki, Paşinyan Rusiyasız Ermənistanın mövcudluğu haqqında danışmağın mümkünsüzlüyünə işarə verən açıqlamalar edir. Belə görünür ki, öz ölkəsində antirusiya şüarları ilə məşhurlaşan Paşinyan Kremlə getdikdən sonra ram olub, hətta əlində Ermənistanın “Ararat” konyakını Putinə hədiyyə aparmağı belə özünə sığışdırıb. Nəticə etibarı ilə Rusiya Prezidenti Vladimir Putinin könlünü müəyyən qədər ala bilib”.

Politoloq vurğulayıb ki, bu səfər kritik səfər idi:

“Çünki Azərbaycan Prezidentinin Rusiya səfərindən sonra ermənilər xeyli narahat idi. Xüsusilə Paşinyan ciddi narahatlıq keçirirdi. Və indi erməni mətbuatında belə bir fikir səsləndirilib ki, Rusiya ilə Ermənistan rəhbərlikləri arasında qarşılıqlı etimad bərpa olunub. Bütün bunlar əlbəttə ki, siyasətdir. Siyasətdə belə manevr etmək, zahirən hər şeyin qaydasında olduğunu nümayiş etdirmək də olar. Amma Paşinyanı bu mövqeyə gətirənlər gec-tez ondan müəyyən addımlar atmasını tələb edəcəklər. Yəni o, tam Rusiyanın nəzarəti altında hərəkət edəcəyinə söz versə də, bu sözü yerinə yetirmə imkanında olmayacaq. Amma hələ ki, bir müddət Ermənistan və Rusiya arasındakı münasibətlərdə sakitlik yarana bilər. Belə görünür ki, Rusiya bundan sonra Ermənistanla daha ciddi məşğul olacaq və Paşinyanın bütün addımlarını izləyəcək”.

Qeyd edək ki, rusiyalı mütəxəssislər Ermənistan ərazisində yerləşən biomaterialları tədqiq edən ABŞ laboratoriyalarına giriş imkanı qazanıblar. Bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Tarix
2018.09.10 / 16:03
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla