Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Paşinyandan şok etiraf: Bakıya elə bir şans verdi ki!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri heç bəyanat səviyyəsində belə deyil, sadəcə, xəstə adamın sayıqlamlarını xatırladır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində Paşinyanın Dağlıq Qarabağ məsələsinə reallıqdan uzaq yanaşma tərzi Minsk Qrupunu, xüsusilə də Rusiyanı pis vəziyyətdə qoydu:

"Paşinyanın Rusiyada Dağlıq Qarabağın və ətraf rayonların Ermənistana birləşdirilməsini istisna etməməsi açıq-aşkar Azərbaycan torpaqlarını mənimsəmək niyyətidir. Belə bir niyyət ancaq işğalçı dövlətin rəhbəri tərəfindən dilə gətirilə bilərdi. Paşinyan son hərəkəti ilə bütün sələflərinin və özünün işğalçılıq siyasətini ifşa etdi. Bu, Azərbaycana münaqişənin tənzimlənməsi istiqamətində geniş imkanlar açır. Beynəlxalq ictimaiyyət zaman-zaman Azərbaycanın külli miqdarda silahlar alması və bununla da müharibəyə hazırlaşmasına dair narahatlıq ifadə edirdi. Hesab edirəm ki, Azərbaycan Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi faktı ilə bu narahatlıqlara son qoya bilər. Danışıqlar prosesi isə onsuz da nəticə vermir. Prosesi dalandan çıxarmaq üçün hər cür imkandan, o cümlədən hərbi yoldan istifadə edə bilərik".

Politoloqun sözlərinə görə, Bakı İrəvanın Qarabağla bağlı mövqeyini mütləq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq:

"Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda, Fransa prezidentinin də ilin sonuna qədər Azərbaycana səfəri istisna edilmir. Hər iki dövlət Minsk Qrupunun həmsədridir. Əminəm ki, Paşinyanın Bakıya başqa yol qoymadığı və torpaqlarımızı hərbi yolla qaytarmağa hazır olduğumuz Moskva və Parisə bildiriləcək. O da bəllidir ki, belə bir vəziyyətdə tərəflərin hansısa arqumentləri olmayacaq. Çünki Ermənistanın açıq faşist və işğalçı siyasətinə qarşı mübarizənin başqa metodu yoxdur".

Tarix
2018.09.11 / 12:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının dəstəyinə bel bağlaya bilərik – Belarus səfiri

İrəvanın Belarusa qarşı acizliyi... – İlham Əliyev

Azərbaycan onu ifşa etmişdi: Daha bir ölkə də...

Məmmədyarovla Mnatsakanyanın görüşü... - XİN

İlham Əliyev Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycan və Slovakiya baş nazirləri görüşdü - Foto

Mustafa bəyin SSRİ-ni silkələyən – Məhkəmə çıxışı

Nikolun Astanaya göndərdiyi diplomat nəyi dəyişə bilər?

Tramp bu addımı atsa, Bakı çox güclənəcək - Qəmbəryan

Güney və Quzey Azərbaycan birləşə bilər – Sərkisyandan şok

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla