Yuxarı

Satanovski: Əgər Əliyev SSRİ-nin rəhbəri olsaydı… - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-1 kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin növbəti buraxılışının əsas mövzularından biri SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun memuarları, həmçinin onun siyasəti və Sovet İttifaqının süqutundakı rolu olub.

Axar.az xəbər verir ki, veriliş zamanı çıxış edənlərin fikri SSRİ-nin keçmiş prezidentinin əleyhinə və lehinə olmaqla bölünüb.

Belə ki, politoloq Sergey Mixeyev sovet liderinin xarici siyasətini kəskin şəkildə tənqid edib:

“Qorbaçovun başladığı kimi oyunları yalnız super etibarlı arxanız olduğu halda oynamaq olardı. Bəs o nə etdi? O, arxasındakı hər şeyi sarsıtdı və qlobal siyasətlə oynamağa başladı, uduzdu”.

Aparıcı Vladimir Solovyov də ekspertin sözləri ilə razılaşıb.

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski isə Qorbaçovun müdafiəsinə qalxan və onun çətin taleyi olduğu fikrini söyləyən opponentlərin fikirlərinə cavab olaraq eks-prezidenti sərt tənqid edib:

“Mən onun şəxsi faciəsini yaxşı başa düşürəm. Bütün bunlar mənim vecimə belə deyil. Çünki Qorbaçov və onun siyasəti nəticəsində dünya ona qədər olandan daha qəddar, kinli, qanlı, ədalətsizdir.

Qorbaçov ABŞ-ın ÜDM-sinin yarısına sahib olan bir ölkəni qəbul etmişdi – “çətin”, “ağır”, “bədbəxt irs”, - “faciə”. O, Brejnevin durğunluq dövründə kim bilir nələrə qalib gələn ölkəni qəbul etmişdi.

Əgər ölkənin rəhbəri Nazarbayev olsaydı, o zaman Sovet İttifaqı dağılmazdı. Əgər Heydər Əliyev olsaydı, ölkə dağılmazdı. Bax əgər Şevardnadze olsaydı, Sovet İttifaqının naziri kimi imzaladıqlarını və davranışını nəzərə alsaq, onda hə, dağılardı”.

Satanovskinin sözləri ilə razılaşan aparıcı Qorbaçovun öz rəqibləri, o cümlədən Heydər Əliyevlə necə hesablaşmasını xatırladıb:

“Yeri gəlmişkən, Mixail Sergeyeviçi ideallaşdırmaq lazım deyil. Çünki onun siyasi rəqibləri ilə necə hesablaşması və qisas alması bəllidir. Bunlar olub. Əliyevin ailəsi ilə etdikləri isə sadəcə çirkin idi. Bütün bunlar sadəcə nalayiq və çirkin idi”.

Tarix
2018.09.19 / 14:39
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla