Yuxarı

Terrorizmlə mübarizə: ABŞ Bakının rolunu unutmadı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti 2017-ci ildə terrorizmlə mübarizə problemləri haqqında hesabatı dərc edib. Birləşmiş Ştatların xarici siyasət idarəsinin illik məruzəsində qeyd olunur ki, 2017-ci ildə dünyada terror hücumlarının ümumi sayı 23 faiz, terror aktları nəticəsində ölənlərin sayı isə əvvəlki illə müqayisədə 27 faiz azalıb. Dövlət Departamentinin terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması bürosunun nümayəndəsi Neytan Seyls tərəfindən ABŞ KİV-lərinə təqdim olunmuş məlumatlara görə, terror aktlarının yarıdan çoxu beş ölkənin – Əfqanıstan, Hindistan, İraq, Pakistan və Filippinin payına düşür.

Azərtac-ın məlumatına görə, Dövlət Departamentinin məruzəsində Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi töhfəyə də yer ayrılıb. Sənəddə deyilir ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşıdır. Azərbaycan rəhbərliyi insanların, pul vəsaitlərinin və materialların Cənubi Qafqazda quru və dəniz yolu ilə hərəkətinə əngəl olan terrorçuların aşkar edilməsi və onların cəhdlərinin qarşısının alınması üçün fəal iş aparıb. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror hücumları planlarının pozulması və qarşısının alınması üzrə əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri saxlayıb və cinayət məsuliyyətinə cəlb edib, həmçinin ölkənin hüdudlarından kənarda terrorçu qruplara qoşulan və xaricdə döyüş əməliyyatlarından sonra geri qayıdan Azərbaycan vətəndaşlarına qarşı cinayət işi qaldırıb. Məruzə müəllifləri vurğulayırlar ki, Azərbaycanın terrorizmlə mübarizədə ABŞ-la əməkdaşlığı Birləşmiş Ştatlar vətəndaşlarının səfər etdikləri turizm obyektlərinə və ABŞ üçün iqtisadi cəhətdən mühüm obyektlərə terror hücumları riskini xeyli dərəcədə azaldıb.

Məruzədə beynəlxalq və regional əməkdaşlıqla bağlı qeyd edilib ki, Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvüdür. Azərbaycanda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının üzvlərindən biri kimi Azərbaycan Alyansın terrorizmə qarşı təşəbbüslərini dəstəkləməkdə davam edir.

Hesabatda, həmçinin qeyd olunur ki, 2017-ci ildə Azərbaycan “Asiyanın qəlbi - İstanbul Prosesi” çərçivəsində həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirib.

Dövlət Departamentinin terrorizmlə mübarizə problemləri haqqında illik məruzəsi 2005-ci ildə ABŞ xarici siyasət idarəsinin 1985-ci ildən dərc olunan “Beynəlxalq terrorizmin xarakteristikası” hesabatını əvəzləyib. Hesabat ABŞ-ın Qanunlar Kodeksinə müvafiq olaraq, dövlət katibinin Konqresə terrorizm haqqında illik məruzəsi əsasında hazırlanır.

Tarix
2018.09.20 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla