Yuxarı

Fuad Hüseynov Varşavada ermənini susdurdu – Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə iştirak edib.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində humanitar məsələlər, o cümlədən insan alveri, qaçqın və məcburi köçkün problemləri üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında F.Hüseynov təcavüzkar Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açıb. O, insan hüquqları kobud şəkildə pozulmuş bir milyondan çox azərbaycanlının 25 ildən artıqdır qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, humanitar fəlakətlə üzləşdiyini bildirərək qeyd edib ki, Azərbaycan dövləti bu şəxslərin sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. 1993-cü ildən başlayaraq ölkə prezidenti tərəfindən 109 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 381 qərar və sərəncam verilib, Milli Məclis tərəfindən 34 qanun qəbul edilib. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar ötən 25 ildə 7 milyard ABŞ dolları vəsait xərclənib.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini bir daha diqqətə çatdıran komitə sədrinin müavini münaqişənin ATƏT çərçivəsində beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinə Azərbaycanın tərəfdar olduğunu bildirib. Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistanın qeyri-konstruktiv yol tutan yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün bu təşkilatın öz təsir imkanlarından istifadə etməsi vacibdir.

F.Hüseynov Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz doğma yurd-yuvalarına qaytarılmasını nəzərdə tutan bu proqram artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində icra edilib.

ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə Fuad Hüseynov daha bir neçə məsələyə diqqəti yönəldib. Tövsiyə edilib ki, Lissabon Sammitinin qərarına, iştirakçı ölkələr və ATƏT təsisatları və institutlarının digər əlaqədar öhdəliklərinə uyğun olaraq etnik təmizləmə və kütləvi çıxarılma siyasəti qınanmalı, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü asanlaşdırmaq istiqamətində öhdəliklərin praktiki tətbiqinə diqqət cəmləşdirilməlidir. Bundan əlavə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların hüquqlarının qorunması ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinə inteqrasiya olunmalıdır. Qaçqınlar və məcburi köçkünlərlə bağlı ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirmək və Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinə müvafiq hesabat hazırlanması ilə bağlı tapşırıq vermək tövsiyə olunub.

Görüşdə özünü “Artsax Avropa Mərkəzi”nin nümayəndəsi kimi təqdim edən şəxsin çıxışına cavab olaraq diqqətə çatdırılıb ki, qondarma “Artsax”, yaxud “Dağlıq Qarabağ Respublikası” (“DQR”), Ermənistan da daxil olmaqla, BMT-nin heç bir üzv dövləti tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsində, hətta sədrinin çıxışında “DQR”in varlığı, əhalisi, muxtariyyət məsələsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Əksinə, Azərbaycana qarşı gücdən istifadə edildiyi, ərazi bütövlüyünün pozulduğu qınanılıb, onun suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Tarix
2018.09.20 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla