Yuxarı

Azərbaycanı o kateqoriyaya daxil etmirik - Yıldırım

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz eyni millətin övladlarıyıq. Azadlığımız, əmin-amanlığımız bir-birinə bağlıdır. Sevincimizi və kədərimizi birgə bölüşürük. Ümidlərimiz, xəyallarımız, ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmirik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Binəli Yıldırım bildirib ki, Azərbaycan və Türkiyə 100 il əvvəl tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə aparıblar:
“Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan parlamenti 100 il əvvəl vacib bir vəzifəni icra edib. Bu gün də Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük inkişaf yolu keçib və iqtisadi nailiyyətlər əldə edib. Bakı küçələrində gəzərkən bu inkişafı görmək mümkündür. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb, bölgədə sülh və sabitliyə mühüm töhfə verib. Türkiyə hər zaman Azərbaycanın yanında olub, onun müstəqilliyini dəstəkləyib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar. Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi və bu kimi digər təşəbbüslər əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir”, - Yıldırım bildirib.

Tarix
2018.09.21 / 16:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla