Yuxarı

Vəziyyət tamamilə Bakının xeyrinədir - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısının parlamentdəki çıxışı Azərbaycanın tarixinə və bugününə verilən çox uğurlu bir qiymət idi.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, prezident çıxışında əsasən Azərbaycanın müstəqilliyinə, dövlətçilik atributu olan parlamentin fəaliyyətinin və bu yöndə atılan ilk addımların tariximizdə böyük rol oynamasına toxundu:

“Azərbaycanın müstəqil daxili və xarici siyasəti geniş vurğulandı. Azərbaycan bu gün inkişaf edən bir ölkədir, hakimiyyət öz vətəndaşlarının təhlükəsizliyinin qorunması, sosial problemlərinin həlli üçün böyük işlər görür. Bu siyasət bundan sonra da davam etdiriləcək. Ölkə rəhbəri dünyanın 50-yə yaxın ölkəsindən 150 nümayəndə heyətinin parlament zalında iştirakını nəzərə alaraq Ermənistanın işğalçılıq siyasətindən danışdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün pozulması və ermənilərin torpaqlarımızı işğaldan azad etmək istəməməsi günümüzün ən ağır məsələsidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün maksimum səylər göstərir və buna nail olacağına da heç bir şübhə yoxdur. Dövlət başçısı çıxışında Ermənistanın yeni hakimiyyətinin əvvəlki rəhbərlərinin siyasətini davam etdirdiyini birmənalı olaraq nəzərə çatdırdı. Çünki Ermənistanın hazırkı hakimiyyəti getdikcə vəziyyəti daha da gərginləşdirir. Əslində, vəziyyətin belə olması tamamilə Azərbaycanın xeyrinədir. Çünki Ermənistan günü-gündən zəifləyir, sosial problemlərini həll edə bilmədiyindən daha ağır duruma düşür. Bu baxımdan Azərbaycan Ermənistana yeni şans verir. İrəvanın bunu nə dərəcədə qiymətləndirəcəyini zaman göstərəcək”.

Millət vəkili prezidentin dünyada gedən proseslər, Azərbaycandakı quruculuq işləri barədə geniş nitqinin böyük maraqla qarşılandığını bildirib:

“Dövlət başçısının tədbirdən sonra ayrı-ayrı xarici ölkələrin nümayəndələri ilə görüşməsi bir daha göstərdi ki, Azərbaycan dünyaya açıq olan demokratik və hüquqi bir dövlətdir. Ölkəmiz bu gün həm milli maraqlarını qoruyur, həm də dünyanın inkişaf axarına öz töhfəsini verir. Dünənki tədbir tarixi yubileyimizin qeyd edilməsi ilə yanaşı, Azərbaycanın şərəfli tarixinin hər səhifəsinə sahib çıxdığını və ölkənin bugünkü inkişaf modelinin dünya üçün də maraqlı olduğunu göstərdi”.

Tarix
2018.09.22 / 13:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla