Yuxarı

Ermənilər Qarabağda təxribata başlayır: Sabah aviasiya…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfi bəyan edib ki, işğal edilmiş əraziləri üzərində bu cür uçuşlara imkan verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov “dqr”in aviasiya təlimlərinə cavab olaraq deyib. General bildirib ki, qondarma “dqr” rejiminin hərbi aviasiyasının təlim uçuşları yolverilməzdir:

“Azərbaycan Ordusunun nəinki işğal olunmuş ərazilərimizdə, eləcə də Azərbaycan və Ermənistan üzərində düşmənin uçan bütün uçuş aparatlarını vurmaq üçün texniki, maddi və digər imkanları mövcuddur. Rəsmi mövqeyimiz belədir, bu barədə başqa müzakirə ola bilməz”.

Qeyd edək ki, Dağlıq Qarabağ separatçıları sabahdan etibarən hərbi aviasiyasının təlim uçuşlarını həyata keçirəcəkləri ilə bağlı məlumat yayıb. Bildirilir ki, təlim uçuşları sentyabrın 28-nə qədər davam edəcək.

Tarix
2018.09.24 / 16:10
Müəllif
İlkin, Aygün
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla