Yuxarı

"Nazirlərin görüşünün Qarabağ münaqişəsinə təsiri..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyiş gözləməyə dəyməz.

Axar.az xəbər verir ki, bu barədə Report-a Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov BMT Baş Assambleyası çərçivəsində Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın sentyabrın 26-da keçiriləcək görüşünü şərh edərkən bildirib.

"Payızın əvvəlində Dağlıq Qarabağ üzrə beynəlxalq vasitəçilərin fəallığı, bir qayda olaraq, artır. Onların fəaliyyətində növbəti fəallıq, adətən, ilin sonunda müşahidə olunur. Belə vəziyyətdə münaqişə tərəflərinə beynəlxalq imicin qorunması baxımından heç olmasa, "danışıqlar haqqında danışılqlara" hazır olduğunu göstərmək sərfəlidir. Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda keçiriləcək görüş bu tendensiyaya ideal şəkildə uyğundur", - M.Neyjmakov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də seçki kampaniyası rejimində hərəkət etməyə məcburdur:

"ABŞ-da erməni icmalarının nümayəndələri ilə görüş zamanı onun yenidən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac olduğunu xatırlatması buna nümunədir".

"Ermənistan baş nazirinin belə iş rejimi kifayət qədər kəskin bəyanatlar və addımlar nəzərdə tutur, o cümlədən də xarici siyasət sahəsində. Bu mənada, Bakı və İrəvan arasında hətta texniki danışıqlarda da əlavə çətinliklər yaranır. Odur ki, Nyu York görüşündən də ciddi irəliləyiş gözləməyə dəyməz. Bu isə yaxın perspektivdə vasitəçi kimi Moskvanın rolunun daha da arta biləcəyi deməkdir", - deyə o qeyd edib.

Tarix
2018.09.25 / 16:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla