Yuxarı

Nikol BMT tribunasından BMT-ni təhqir etdi: Qarabağ...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:32

Ermənistan Baş naziri Nikol Paşinyan BMT tribunasından istifadə edərək, növbəti dəfə erməni yalanları və absurdları ilə dolu iddia səsləndirib.

Axar.az xəbər verir ki, BMT Baş Assambleyasında çıxışı zamanı Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib.

O, BMT də daxil olmaqla, dünyanın ən mötəbər qurumlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərar və qətnamələrinə aşkar hörmətsizliyi elə BMT tribunasından göstərib. Paşinyan faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə BMT-ni də təhqir edib.

Nikol deyib ki, Dağlıq Qarabağ konfliktinin həlli və Qarabağın statusu məsələsi Ermənistan üçün danışıqlar prosesində prioritet olacaq.

N.Paşinyan hakimiyyətə gəldiyi vaxtdan indiyə qədər danışıqlar prosesini pozması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun gah “dqr konstitusiyasında” “dqr ərazisi” olması, gah da “dqr”in Ermənistana birləşdirilməsi haqda sərsəmləmələri ilə faktiki olaraq işğal siyasətini açıq-aşkar bəyan etməsini “unudub”, guya Ermənistanın sülh danışıqlarına sadiq olduğunu göstərməyə çalışıb. Həmçinin iddia edib ki, konfliktin hərbi yolla həlli cəhdləri bütün regionun təhlükəsizliyi, demokratiya və insan haqları üçün təhdiddir.

Paşinyan Ermənistanın bundan sonra da ATƏT-in Minsk Qrupu formatında konfliktin həlli üçün iştirakını davam etdirəcəyini söyləyib.

Aylardır danışıqlardan yayınaraq, beynəlxalq sənədlərə hörmətsizliyini yada salmayan Paşinyan deyib ki, Azərbaycan özünün danışıqlara “hörmətsiz münasibətini” dəyişməli, problemin hərbi yolla həlli ideyasından tam olaraq imtina etməli və bundan əvvəlki razılaşmaların hamısını icra etməlidir (?).

“Azərbaycan bəyan edir ki, Qarabağ onun tərkib hissəsi olmalıdır. Bununla bərabər bəyan edir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem odur ki, Azərbaycan onlarla danışmağa cəhd etmədən Qarabağa necə iddia edə bilər? Bu mümkündürmü? Bu yalnız Azərbaycan hakimiyyətini xalq yox, yalnız Qarabağın ərazisi maraqlandırdığı halda mümkündür. Beləliklə, aydın olur ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağın Naxçıvanda olduğu kimi, ermənilərdən təmizlənməsindən ibarətdir. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olması onun tam məhvi anlamına gəlməsini deməyə əsas verir”.

Paşinyan daha bir həyasızlıq və abırsızlıq nümayiş etdirib. Deyib ki, əgər kimlərsə “yeni erməni soyqırımının” baş verməsini arzu etmirsə, o zaman Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz.

Ermənilərin Qarabağda soyqırım, etnik təmizləmə siyasəti yürütdükləri bütün dünya dövlətlərinə bəlli olduğu halda, Paşinyan yalanlarını püskürməyə davam edib.

Tarix
2018.09.26 / 12:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla