Yuxarı

Anormal Nikolun Qarabağa aid “razılaşması”... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Dağlıq Qarabağa dair son açıqlamaları heç bir məntiqə sığmır.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Paşinyanın Qarabağa dair səsləndirdiyi fikirlərin tamamilə cəfəngiyyat olduğunu bildirib:

“Paşinyan ağlına gələni danışır, onun bir açıqlaması digərini təkzib edir. Bu adam siyasətdə tamamilə diletantdır. Hətta hazırda Ermənistan ictimai rəyində Paşinyanı küçə adamlarının lideri adlandırırlar. Bu o deməkdir ki, Nikolun peşəkar siyasətçiyə çevrilməsi, demək olar ki, mümkünsüzdür. Onun diletant və qeyri-peşəkar açıqlamalarının diplomatiyaya heç bir aidiyyəti yoxdur. Paşinyanın Qarabağa dair bəyanatları təkcə Azərbaycanda deyil, bütün dünyada gülüş obyektinə çevrilir. O, BMT-nin tribunasında çıxış edərək deyir ki, guya Ermənistanın gündəliyində duran bir nömrəli məsələ Dağlıq Qarabağ probleminin həllidir və bu problem qarşılıqlı kompromislərə söykənməlidir. Ancaq Paşinyan indiyə qədər heç bir kompromis üçün də yer qoymayıb. Sərkisyan prezidentliyi dövründə açıq surətdə bildirirdi ki, Azərbaycanın 7 rayonu işğal olunub və Dağlıq Qarabağın statusu müəyyənləşəndən sonra bu “bufer zona” müəyyən şərtlərlə - Laçın dəhlizi saxlanılmaqla - geri qaytarılacaq. Paşinyan isə nəinki Dağlıq Qarabağın statusunu “həll edilmiş” hesab edir, üstəlik, “dqr”in “konstitusiyası”na görə 7 rayonun separatçı quruma birləşdirilməsini arqument kimi ortaya atır. Görünür, o hələ də bilmir ki, Dağlıq Qarabağ erməniləri öz müqəddaratını təyinetmə hüququndan çoxdan məhrum olublar. Paşinyanın spekulyasiyalara əl atması bir daha təsdiq edir ki, bu adam nəinki kompromis anlayışından xəbərsizdir, ümumiyyətlə, Qarabağ konfliktinin mahiyyətini bilmir”.

Q.Hüseynli daha bir ciddi məqama da diqqət çəkib:

“Paşinyan BMT-dəki çıxışı zamanı deyir: “Azərbaycan özünün danışıqlara hörmətsiz münasibətini dəyişməli, problemin həlli ideyasından tam olaraq imtina etməli və bundan əvvəlki razılaşmaların hamısını icra etməlidir”. Hansı razılaşmaları? Bundan əvvəlki qapalı razılaşmalarda Ermənistanın işğalda saxladığı rayonlardan 5-nin boşaldılması əksini tapıb. İrəvan öz ordusunu o ərazilərdən niyə çıxartmır? Mərhələli həll prinsipinə, Azərbaycanın ərazi bütövlüyü barədə beynəlxalq hüquqa əsaslanan qərarlara, qətnamələrə kim əməl etmir? Ərazi bütövlüyü məsələsi hazırda dünyanın prioritetidir, Paşinyan isə çıxışında bildirir ki, Azərbaycana işğalda olan ərazilərini qaytarmayacağıq.

Danışıqlara “hörmətsiz münasibətdən” danışır, ancaq 25 ildir aparılan danışıqların formatını dəyişmək istəyir və konfliktin sülhlə həllini faktiki olaraq dalana dirəyir. Bu adamın düşüncəsi normaldırmı?”

Politoloq qeyd edib ki, küçə çıxışlarına adət etmiş Paşinyanın reytinqi artıq Ermənistanın daxilində də aşağı düşməyə başlayıb:

“Ermənistan Paşinyanın sayəsində getdikcə daha qeyri-konstruktiv ölkəyə çevrilir. Bu uğursuz ölkənin dövlətçiliyi axıra qədər formalaşmayıb. Ölkəsini uçuruma yuvarlayan “inqilab lideri” gec-tez siyasətinin acı nəticələrini yaşayacaq. Sülh danışıqlarına biganə yanaşan bir ölkə başçısının sərsəm açıqlamaları və konfliktin həlli ilə bağlı qeyri-konstruktiv “təklifləri” günü-gündən bölgədə müharibə ehtimalını gücləndirir”.

Politoloq sonda vurğulayıb ki, Ermənistanda da bunları dərk edənlər var və Paşinyanın əsgərliyə psixi xəstə olduğu üçün getmədiyi haqda sənədlər təsadüfən yayılmır:

“Ermənistanda da bəziləri dərk edir ki, Paşinyanın psixoloji durumu yerində deyil. Çünki onun bir çıxışda öz-özünü təkzib edən açıqlamalarını heç bir normal siyasətçi dilə gətirməz”.

Tarix
2018.09.26 / 13:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla