Yuxarı

Qarabağ separatçıları dünya üçün təhdiddir - Analitik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı açıqlaması Ermənistan hökumətinə düşünmək və hazırlaşmaq üçün verilən möhlətdir.

Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çıxışını şərh edən analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, müasir dünyada dövlətlərin təhlükəsizliyinin təmin olunması yalnız öz sərhədləri ilə məhdudlaşmır:

“Azərbaycan da daxili və xarici siyasətini bu prinsip əsasında qurur. Beynəlxalq aləmdə baş verənlərə nəzər salsaq, görərik ki, ölkənin təhlükəsizliyi və sabitliyinə xarici amillər də təsir edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məsələyə xüsusilə toxunub. Təbii ki, Prezident İlham Əliyevin burada vurğulamaq istədiyi əsas məqam həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri etinasızlıqdır. Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi dövlət başçımızın bütün iclaslarında bəhs etdiyi başlıca məsələlərdəndir”.

Analitik qeyd edib ki, işğal faktı bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına, regiona sərmayə qoyuluşuna mənfi təsri edir:

“Bu hal beynəlxalq münasibətlərə ziyan vurur. İşğal altında olan Azərbaycan torpaqlarında müxtəlif ölkələrdə fəaliyyət göstərən terrorçu qruplaşmaların təlim keçdiyinə dair xeyli məlumat var. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması həm də beynəlxalq təhlükəsizliyi təhdid edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək və beynəlxalq təhlükəsizliyi təhdid edən bu münaqişəni aradan qaldırmaq üçün səylərini davam etdirir. Prezident çıxışında münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb”.

Analitik vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə də həll etməyə qadirdir:

“Bu məsələ də Prezidentin çıxışında bir daha qeyd edildi. Dövlət başçısının hökumətin iclasındakı çıxışı deməyə əsas verir ki, xarici siyasət kursu, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında aparıcı xətdir”.

Tarix
2018.10.11 / 13:35
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla