Yuxarı

ABŞ-ın Bakıya dəstəyi artır: Qarabağla bağlı isə… - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kent Bakıda ABŞ-ı maraqlandıran bir sıra mövzulara toxundu.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kentin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Səfər zamanı müzakirə olunan birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Vaşinqtonun bu dəstəyini Prezident İlham Əliyev də yüksək qiymətləndirir”, - siyasi şərhçı bildirib.

Politoloq ikinci mövzunun təhlükəsizliklə bağlı olduğunu qeyd edib:

“Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu, Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki keçmiş illərdən fərqli olaraq, Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edir”.

Politoloq qeyd edib ki, Vaşinqton bölgədə müharibə olmasını istəmir:

“Vaşinqton Düşənbə görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Halbuki Tramp Azərbaycan Prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi. Kentdən sonra ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Bakıya gələcək. Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Ola bilsin ki, Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirsin”.

Tarix
2018.10.11 / 14:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla