Yuxarı

Dələduzlar 200 il yaşamalıdır ki... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə eyni mənzilin bir neçə nəfərə satılması problemi qaldırılıb.

Axar.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bəzən göydələnin onu tikdirənin deyil, tamam başqa bir adamın adına qeydiyyata alınmış olduğunun müşahidə edildiyini deyib:

“Həmin adamın da şirkətdən heç xəbəri olmur. Bəzi hallarda məcburi köçkünlərin adından istifadə edirlər. Hesab edirəm ki, belə tikinti şirkətlərini qeydə alarkən həmin şəxsin daxma tikmək imkanının olub-olmadığını aydınlaşdırmaq lazımdır. Düzdür, hüquq buna qadağa qoymur. Ancaq hesab edirəm ki, bu məsələ diqqətdə olmalı və bunun hansısa yolunu tapmalıyıq.

Məsələnin ikinci tərəfi insanları aldadan şəxslərin məsuliyyətə cəlb edilməsidir. Bəzən 50-dən çox adamı aldadırlar, amma onlara 10-15 il cəza verilir. İnsanlar, müəllimlər, həkimlər illərlə işləyib pul toplayır və mənzil almaq istəyir, sonda belə dələduzların qurbanına çevrilirlər. Dələduzlar 200 il yaşamalıdır ki, insanlara vurduqları ziyanı ödəyə bilsinlər. Bu, təkcə vətəndaşa qarşı cinayət, maddi vəsaitin ələ keçirilməsi deyil, həm də 20-30 il ömrün oğurlanması deməkdir. Bu dələduzluqların aradan qaldırılması üçün çıxış yolu tapmalıyıq”.

Tarix
2018.10.12 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri arasında mübahisə...

İlham Əliyev forumda iştirak edir

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla