Yuxarı

Parisin İrəvanı “kiçik bacı” hesab etməsinin – Səbəbi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Frankofoniya Təşkilatının yaradılmasında əsas hədəf Fransanın keçmiş və hazırda mövcud olan koloniyaları üzərində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olub. Fransa bu təşkilata bu gün də eyni kontekstdən yanaşır. Bu gün dünyanın ən demokratik ölkələrindən biri sayılan Fransanın öz ərazilərindən kənarda Qvadelupa, Qviana, Nayotta, Martinka, Reyunyon adlı subyektlərdən ibarət, ümumilikdə, 92 min 148 kilometr sahəsi olan koloniyası var. Çağdaş beynəlxalq münasibətlər sistemi və insan hüquq və azadlıqları baxımından bu, nonsensdir. Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Fransanın işğalçı Ermənistanı özünün kiçik bacısı hesab etməsinin səbəbini də elə burada axtarmaq lazımdır. Fransa ilə Kanada arasında Beynəlxalq Frankofoniya Təşkilatına sahiblik uğrunda qarşıdurmanın yaranmasını və bunun Ermənistanda baş verməsini təsadüfi saymaq olmaz. Fransa Beynəlxalq Frankofoniya Təşkilatına ənənəvi olaraq öz ilkin təyinatı – mədəni imperializm aləti kimi yanaşır. Bu, Fransa üçün təbii sərvətləri zəngin olan keçmiş koloniyaları üzərində üstünlüyünü qoruyub saxlamaq, onların təbii sərvətlərini soyub-talamaq, Afrika kimi nəhəng bir bazarda dominant rolunu əldən verməmək üçündür.

Ekspert qeyd edib ki, son zamanlar Kanadanın Afrika istiqamətində yürütdüyü siyasət, qitə bazarında mövqelərini gücləndirməsi Fransanı ciddi şəkildə narahat edir. Kanada Fransanın keçmiş koloniyalarında Paris üçün ənənəvi olan sahəni – avtomobil ixracını də ələ keçirir. Bu baxımdan Yerevanda baş verən qarşıdurmanı daha çox geosiyasi və geoiqtisadi maraqların toqquşması müstəvisindən dəyərləndirmək lazımdır. Frankofoniya təşkilatının baş katibinin “bu təşkilat ölüdür” deməsi də qurumun elan etdiyi prinsiplərdən uzaqlaşdırılması istiqamətində Fransanın göstərdiyi səylərdir.

E.Mirzəbəyli qeyd edib ki, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi qərarının özü də sadalanan prinsiplərə ironik, aşağılayıcı münasibətin növbəti təzahürüdür.

Tarix
2018.10.13 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla