Yuxarı

Bu qruplar anons etdi: İrəvanı qarşıdurma gözləyir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi ölkədaxili siyasi vəziyyət daha da gərginləşməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, yeni parlamentdə təmsil olunmaq üçün hətta köhnə sistemin adamları belə, yerlərdə yeni hakimiyyətlə əlaqələr qurmağa çalışır, bunun üçün əllərində olan hər vasitədən istifadə edirlər:

“Erməni KİV-də parlament seçkiləri ab-havasında cərəyan edən müxtəlif hadisələr barədə məlumatlar yayılər. Həmin məlumatlardan da görünür ki, Ermənistanda böhran tam sürətlə davam etməkdədir.

“Sasna Çrer Partiyası bəri başdan bəyan edib ki, öz radikal mövqeyi ilə seçiləcək. Təşkilatçılıq məsələlərindən başqa, onlar ölkənin ikinci ən böyük siyasi gücü olmaları ilə bağlı sosial sorğular keçirir, bununla da parlamentdə ciddi şəkildə təmsil olunacaqlarını nümayiş etdirməyə çalışırlar.

Digər tərəfdən, Sasna Çrer seçkilərdə uduzsa, bu partiya seçkilərin birmənalı olaraq saxtalaşşdırıldığını bəyan edəcəklərini bildiriblər. Və onlar bundan sonra mübarizələrini daha radikal vasitələrlə aparacaqlarını, hətta İrəvanda PPX alayını ələ keçirdikləri vaxt sərgilədiklərindən də radikal addımlara gedəcəklərini elan etməkdən çəkinmirlər. “Luys” da qarşıdan gələn seçkiqabağı kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”.

Analitikin sözlərinə görə, hakimiyyətə yaxınlığı ilə seçilən mənbələr parlamentdə dörd siyasi güc – “Vətəndaş Müqaviləsi”, “Luys”, Sasna Çrer və Daşnaksütyunun təmsil olunacağını qeyd edir:

“Daşnaksütyunu – yəni daşnakları Nikol Paşinyan şəxsən parlamentdə görmək istəyir. Bundan əlavə, İrəvan merliyinə keçirilmiş seçkilərdən əvvəl və sonra “Luys” blokunun hansı mövqedən çıxış etməsi qeyri-dəqiq qaldı. Belə ki, növbədənkənar parlament seçkilərində də bənzər hal müşahidə olunmaqdadır. Onların bəyanatlarını nə müxalifətyönlü, nə də iqtidaryönlü adlandırmaq olar. Fikrimcə, “Luys” blokunda danışmamaq, şəxsi fikirlərini ictimailəşdirməmək, mümkün qədər müsahibələrdən yayınmaq qərarı verilib. Onlar necə irəli gedəcəkləri, hansı mövqelərdən çıxış edəcəkləri ilə bağlı öz fəaliyyətlərini dəqiqləşdirmək istəyir, yalnız bundan sonra danışmağa başlayacaqlar. Bir sıra anlaşılmayan məsələlər var ki, yarımçıq görünməmək üçün onlara cavab tapmaq lazımdır – özləri belə açıqlama verir. Həmçinin onu da qeyd edim ki, əsaslı və mühüm dəqiqləşmələr blokun mövqeyi ilə bağlıdır. Əgər Nikol Paşinyan “Çıxış” bloku ilə təmas baxımından hər hansı bir əməkdaşlıq vasitəsi tapa bilməyəcəksə, bu zaman “Luys” qarşıdan gələn seçkiqabağı kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”.

Analitik iddia edir ki, hətta Qriqoryan ailəsinə yaxın olanların belə, yeni hakimiyyətin cinahına keçmələri barəsində Erməni mətbuatında söz-söhbətlər gəzir:

“Paşinyanın “Artfud” zavodunu ziyarəti zamanı “Qazi Ovo” ləqəbli Ovannes Kazaryan qarşılanma mərasiminə bütün nəsli ilə gəlmişdi. Bir neçə ay öncə isə o “Artfud” zavodunun sahibi, sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanla qohum olub. Digər mənbələrə istinadən qeyd edim ki, Qagik Çarukyanın komandası parlamentdən kənar güclərlə əməkdaşlıq etməyə meyillidir. Belə ki, Çarukyan Bloku Sasna Çrerlə birgə seçkilərə qatılmaq marağındadır. Hələ dövlət qeydiyyatından keçməməsinə baxmayaraq, partiya (Sasna Çrer - red.) ictimaiyyət arasında digər parlamentdənkənar qüvvələrdəndən fərqli olaraq, müəyyən reytinq qazana bilib”.

Analitik vurğulayıb ki, Ermənistanın Respublikaçılar Partiyası axır ki, parlamentdə təmsil olunacaq dördüncü siyasi güc olacağına ümidli şəkildə qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılması barədə qərar qəbul edib:

“Partiyanın proporsional siyahısı üzrə təxmini beşliyi bəlli olub. Onların Vigen Sərkisyan, Arpine Ovannisyan, David Arutunyan, Euard Şarmazanov, Armen Aşotyan olduqlarını söyləmək mümükündür. Mümkündür ki, İrəvanın sabiq meri Taron Marqaryan da siyahıya əlavə edilsin. Beləliklə, dekabr ayında keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Ermənistandakı siyasi qeyri-sabitliyi daha da qızışdırmaq üzrədir. Təkcə bu ölkənin mətbuatının daxili qarşıdurmalardan başlayaraq, namizədlik uğrunda savaşları açıq-aydın şəkildə ictimailəşdirməsi yaxın vaxtlarda ölkədaxili situasiyanın çərçivədən çıxacağı ehtimallarını daha da artırmış olur”.

Tarix
2018.10.22 / 16:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla