Yuxarı

Belarus nəşri Əliyevin 15 illik fəaliyyətindən yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus Seqodnya” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin 15 illik fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov son 15 ildə ölkəmizin əldə etdiyi uğurları barədə geniş söhbət açıb.

L.Qəndilov qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayıb. Bunun nəticəsi olaraq bugünkü iqtisadi imkanlarımız Azərbaycanı regionda, hətta MDB məkanında lider dövlətə çevirib. Ölkədə yoxsulluq səviyyəsi 45 faizdən 4 faizədək azalıb.

Səfir, həmçinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsindəki fikirlərə, statistik göstəricilərə geniş istinad edib. Qeyd olunub ki, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub saxlanmasını və inkişafını təmin edib. 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. Son 15 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötüb, makroiqtisadi sabitlik möhkəmləndirilib, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.

Tarix
2018.10.23 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla