Yuxarı

Qarabağla bağlı kənarda fərqli proses gedir – Eks-nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, həmsərlərin bölgəyə son səfərindən gözləntilər çox azdır.

Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın canlı yayımında qonaq olan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, bu səfərdən sonra həmsədrlərin açıqlaması onda bu təəssüratı yaratdı:

“Onlar burada Düşənbədə nə baş verdiyi, kontaktlardan nə əldə olunması ilə bağlı məlumat aldıqlarını açıqladı. Bu onu göstərir ki, vasitəçilər sülh prosesindən uzaqdadırlar. Yəni onlar regiona sırf hansısa məlumatı almaq üçün gəlir. Onlardan nəsə gözləmək düzgün deyil. Düşünürəm ki, artıq onlar prosesdən kənardadır”.

T.Zülfüqarov qeyd edib ki, Düşənbədə əldə olunan razılaşmaların 2-3 dəqiqəlik kontaktdan irəli gəlmədiyi məlumdur:

“Bu kontaktı kimsə hazırlayıb. Ola bilsin, təklif kimi Rusiya hazırlayıb. Bu da normal bir şeydir.

İkinci bir məsələ Boltonun səfəridir. Həmsədrlərin bölgəyə səfərindən qabaq Bolton çox ciddi açıqlamalar verdi. Yəni həmsədrlərdən kənarda da hansısa proseslər gedir”.

Eks-nazir vurğulayıb ki, sülhə addımı Ermənistan atmalıdır:

“Məntiq ondan ibarətdir ki, onlar ilk addım olaraq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Təəssüflər olsun ki, bu illər ərzində Petrosyandan sonra təbliğat elə qurulub ki, onlar bir qarış torpağı da qaytarmağı düşünmür. Yeni nəsil də artıq Qarabağı “vətən”inin bir hissəsi kimi qəbul edir. Təbliğat bu şəkildə aparılıb”.

T.Zülfüqarov qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı yalnız müharibə variantı gündəmdə deyil:

“Münaqişələrin həlli yalnız bu iki variantın – hərb və diplomatiyanın kombinasiyası ilə mümkündür. Azərbaycan da hazırda bu siyasəti həyata keçirir. Buna görə də hələlik torpaqların azad edilməsi ilə bağlı yalnız hərbi variant nəzərdən keçirilmir. Düzdür, müharibə yolu ilə rayonların azad edilməsi ilə ciddi dəyişikliklərə nail ola bilərik. Ancaq Qarabağ münaqişəsinin real həlli hərb və diplomatiyanın kombinasiyası fonunda daha realdır”.

“Azərbaycan 25 il ərzində dövlət qurmağı bacarmaqla qalmadı, həm də gücləndi. Ermənistanın isə ümumiyyətlə müstəqilliyi belə tanınmayıb. Bu mənada Ermənistan Azərbaycana uduzur”, - eks-nazir bildirib.

Tarix
2018.11.08 / 14:26
Müəllif
Firuzə, Aygün
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla