Yuxarı

Qarabağın azərbaycanlı icması avropalı diplomatla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Axar.az xəbər verir ki, görüşdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov, İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elçin Əhmədov və İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov iştirak ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. İdarə Heyətinin üzvləri Ermənistanın təcavüzkar siyasəti və xalqımıza qarşı törədilmiş soyqırımları haqqında avropalı qonaqlara ətraflı məlumat veriblər. Bildirilib ki, danışıqlar prosesinin bu günədək nəticəsiz qalması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır.

Bununla yanaşı, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib. Bu baxımdan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri münaqişənin tezliklə ədalətli həll edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün əhəmiyyətini qeyd etməklə yanaşı, bu istiqamətdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndə heyətinın də səylərini artırmağa çağırıblar.

Tarix
2018.11.08 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla