Yuxarı

ABŞ Boltonu Bakıya buna görə göndərmişdi – ABŞ rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ATƏT ərazisində münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin nizamlanmasını vacib hesab edir. Bununla əlaqədar olaraq ABŞ son həftələr prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksəkvəzifəli nümayəndələrini Ermənistan və Azərbaycana göndərib.

Report xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Greqori Makris qurumun Daimi Şurasının iclası zamanı deyib.

"ABŞ bu münaqişənin hərbi yolla həllinin olmaması mövqeyi ilə razıdır. Status-kvo qəbuledilməzdir. ABŞ münaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi, güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə işi davam etdirmək niyyətindədir", - deyə Makris bildirib.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqların intensivləşdiyini bildirib.

Tarix
2018.11.09 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla