Yuxarı

Nikolun Astanaya göndərdiyi diplomat nəyi dəyişə bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni erməni iqtidarı müstəqil siyasət aparmaq cəhdlərini davam etdirdiyi təqdirdə Kreml Ermənistana yeni “sürprizlər” hazırlaya bilər.

Bu sözləri Axar.az-a Ermənistanın Qazaxıstana yeni səfri təyin etməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Qazaxıstanla münasibətlərin düzəldilməsi üçün Ermənistan “daha peşakar və çəkili diplomatdan” istifadə etmək niyyətini ortaya qoydu:

“Üstəlik, Astanaya yeni təyin edilmiş səfir KTMT-ni də yaxşı tanıyır. KTMT-nin son iclasında Nazarbayev, Putin və Lukaşenko Paşinyana siyasi dərs keçdi. Yəni bir sözlə, KTMT-nin siyasi ağırçəkililəri Nikola yerini göstərdi. İrəvan üçün o qədər də uğurlu olmayan Bolton səfərini də nəzərə alsaq, son dönəmlər xarici siyasətdə Paşinyanın ard-arda uğursuzluğa düçar olduğunu müşahidə etmiş olarıq”.

Politoloq qeyd edib ki, Qazaxstana yeni və daha təcrübəli səfir təyin edilməsi Astana-İrəvan münasibətlərinə təsir etməyəcək:

“Çətin ki, bu addımla Nazarbayevin Paşinyan haqqında fikirləri müsbətə dəyişsin. Həm birinci Qarabağ, həm də Aprel müharibəsində Nazarbayev və qardaş Qazaxıstan Azərbaycanın yanında olub. Bundan sonra da belə olacağına şübhə yoxdur”.

Qeyd edək ki, dünən Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyan geri çağırılıb. Bundan cəmi bir neçə saat sonra isə onun yerinə Qagik Kalaçyan təyin edilib.

Yeni təyin olunan səfir 2001-2004-cü illərdə KTMT-nin daimi şurasının üzvü olub. 2009-2011-ci illərdə isə Ermənistanın Yunanıstan, Albaniya və Serbiyadakı səfiri işləyib.

Tarix
2018.11.13 / 14:51
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla