Yuxarı

Bakının dəstəyinə bel bağlaya bilərik – Belarus səfiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim səbirsizliklə gözlədiyimiz Belarusa səfəriniz ərəfəsində Sizinlə görüşmək imkanına görə minnətdarlığımı bildirirəm. Sizin ikitərəfli münasibətlərimizə verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Mən xatırlayıram ki, əvvəlki - 2016-cı ildəki səfəriniz zamanı Siz Aleksandr Qriqoryeviçlə birlikdə bizim qarşımızda yüksək vəzifə qoydunuz. Mən şadam ki, biz nə qədər çətin olsa da, Sizin qarşımıza qoyduğunuz vəzifələri tam həcmdə yerinə yetirdik.

Axar.az xəbər verir ki, bunu Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsi üç dəfədən çox artıb:

“Azərbaycanın Belarusa ixracı artımlı olan ötən illə müqayisədə 50 faizi ötüb. Mən Sizinlə tamamilə razıyam, yəqin ki, bizim münasibətlərimizdə inkişaf etməyən sahəni tapmaq çətindir. Bu, sənaye və kənd təsərrüfatından tutmuş yüksək texnologiyalara qədər sahələri əhatə edir. Humanitar əməkdaşlığın da inkişaf səviyyəsi çox yüksəkdir. Ölkələrimizdə turizmin qarşılıqlı artımı, idman və mədəni mübadilələr müşahidə edilir. Həm sizin, həm də bizim artistlər mütəmadi olaraq mötəbər teatr və konsert studiyalarında qarşılıqlı çıxış edirlər.

Biz Sizin Belarusa səfərinizə çox ciddi hazırlaşırıq. Hazırlıq çox diqqətlə aparılır, hökumətin nəzarətindədir. Mən düşünürəm ki, artıq imzalanmağa hazır olan razılaşmalar və layihələr əməkdaşlığımıza daha yeni dinamika verəcək. Belarus və Azərbaycan qarşılıqlı əməkdaşlıq üçün açıqdırlar. Mən məmnuniyyətlə qeyd edə bilərəm ki, həm Siz, cənab Prezident, həm də Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko həmişə həm ikitərəfli, həm də çoxtərəfli formatdakı əməkdaşlığımızın konstruktiv təmələ əsaslanmasını və bir-birinə və hər hansı digər ölkələrə, bloklara qarşı yönəlməməsini əldə rəhbər tutursunuz. Həm Siz, həm də Belarus Prezidenti siyasətinizdə həmişə çalışırsınız ki, digər ölkələrlə münasibətlərin inkişafında beynəlxalq hüququn əsas norma və prinsiplərinə ciddi riayət olunsun, bütün münaqişələr konstruktiv ruhda, tədricən və sülh yolu ilə həll olunsun. Mən qeyd etməyə şadam ki, bu planda müəyyən irəliləyiş var. Biz həmişə, o cümlədən beynəlxalq formatlarda da azərbaycanlı dostlarımızın dəstəyinə bel bağlaya bilərik. Eynilə, biz də həmişə müxtəlif beynəlxalq meydanlarda - BMT, ATƏT, Avropa Şurası xətti ilə Azərbaycanı dəstəkləyirik. Biz bunu həmişə hiss edirik. Buna görə də Sizi Belarus Respublikasında görməyimizə çox şad olacağıq. Düşünürəm ki, səfər, xüsusilə də bizim özünəməxsus yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 25 illiyi dövründə, ikitərəfli münasibətlərimizin getdikcə inkişafına yeni dinamika, daha güclü impuls verəcək”.

Tarix
2018.11.14 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla