Yuxarı

Səfirimiz tolerantlıq sammitində iştirak edir - BƏƏ-də

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubayda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Beynəlxalq Tolerantlıq İnstitutunun təşkilatçılığı ilə UNESCO-nun təsis etdiyi Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş birinci Dünya Tolerantlıq Sammiti keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və ölkəmizin Dubaydakı Baş konsulluğunun əməkdaşları sammitin işində iştirak edirlər.

Sammitə dünyanın müxtəlif ölkələrindən 200-dən çox qonaq qatılıb. BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Maktumun himayəsi ilə keçirilən ikigünlük tədbirin iştirakçıları arasında hökumət təmsilçiləri, tanınmış dövlət və ictimai xadimlər, dünyanın aparıcı alimləri, din xadimləri, ekspertlər, diplomatlar və gənc nəslin nümayəndələri var.

Sammit iştirakçıları dözümlülük dəyərlərinin qlobal səviyyədə yayılması yolları, müxtəlif sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında konstruktiv dialoqun dəstəklənməsi, ədalət prinsiplərinə və əsas insan haqlarına hörmətlə yanaşılmasının əhəmiyyətini müzakirə edirlər. Tədbirdə, həmçinin dözümlülük və qardaşlıq kimi dəyərlərin inkişaf etdirilməsində hökumətlərin rolu, dinc-yanaşı yaşamaq təcrübəsi də müzakirə mövzularıdır. Sammitdə KİV-lərin və sosial şəbəkələrin diqqətinin tolerantlıq dəyərlərinə yönəldilməsi, dialoq prosesinə qarşılıqlı maraq, tədris proqramlarının dözümlülüyün və bərabərliyin təbliğində rolu məsələləri də diqqət mərkəzindədir. Tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, dünyada sülhün və təhlükəsizliyin təmin olunması naminə əməkdaşlığın əhəmiyyəti ətrafında da geniş fikir mübadiləsi aparılır.

“Müxtəliflik və plüralizm: innovasiya və əməkdaşlığa aparan yol” devizi altında keçirilən sammit, ilk növbədə, gənclər və gələcəyin liderləri üçün nəzərdə tutulub. Tədbir, həmçinin əməkdaşlıq, qarşılıqlı fəaliyyət, innovasiyalar və yeni qlobal təşəbbüslərin platformasıdır.

BƏƏ-nin tolerantlıq naziri və Beynəlxalq Tolerantlıq İnstitutunun Himayəçilik Şurasının sədri şeyx Nəhyan bin Mübarək əl-Nəhyan sammitin açılışında “Multikultural cəmiyyətin təşəkkül tapması üçün əməkdaşlıq və innovasiyalar” mövzusunda məruzə ilə çıxış edib. Nazir, həmçinin açılış nitqində qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat sülhün və tolerantlığın möhkəmlənməsi naminə qlobal səviyyədə qarşılıqlı anlaşmaya və əməkdaşlığa sadiqdir. BƏƏ rəsmisi vurğulayıb ki, BƏƏ rəhbərliyi bütün mədəni, siyasi və dini fərqliliklərin yaratdığı maneələri aradan qaldırmaq və bir-birini daha yaxşı anlamaq, əməkdaşlıq və qarşılıqlı hörmət atmosferi yaratmaq üçün bəşəriyyətin potensial birliyinə qəti əminliyini ifadə edir və bu məsələlərdə hər zaman müdrik və səmimi olub. Nazir tədbir iştirakçılarına müraciət edərək, onları insanlığın tərəqqisi naminə dünyanın bütün regionlarında birgə fəaliyyət göstərməyə, müxtəlif dinlər və mədəniyyətlər arasında anlaşılmazlığın aradan qaldırılması istiqamətində səyləri birləşdirməyə çağırıb. O vurğulayıb ki, plüralizm müxtəlif cəmiyyətlərdə inkişaf və sabitlik üçün müsbət və yaradıcı vasitəyə çevrilməlidir.

BƏƏ-nin Milli Federal Şurasının sədri Amal Abdulla əl-Qubaisi öz çıxışında bu ölkənin liderlərinin tolerantlıqla bağlı siyasətindən bəhs edib. Natiq qeyd edib ki, Əmirliklər bütün dünyadan olan 200-dən çox millətin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı tolerantlıq nümunəsidir.

Tədbirdə çıxış edənlər – BMT Baş katibinin xüsusi müşaviri Adama Dinq, Vatikanın Ailə Məsələləri üzrə Beynəlxalq Mərkəzinin sədri, professor Salvator Martinis, Səudiyyə Ərəbistanın “Əl Valid” xeyriyyə təşkilatının Himayəçilik Şurasının üzvü, şahzadə Lamiya əl-Səud, Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr Musa və başqaları cəmiyyətlərdə tolerantlıq, bərabərlik, dialoq, plüralizm, multikulturalizm və digər mühüm ümumbəşəri dəyərlərin aşılanması, habelə bu dəyərlərin möhkəmlənməsində dövlətlərin və hökumətlərin aparıcı rolundan bəhs ediblər. Terrorçuluq, ekstremizm, irqçilik, nifrət və bu kimi digər mənfi hallara qarşı mübarizənin əhəmiyyəti də vurğulanıb.

Tarix
2018.11.15 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla