Yuxarı

ABŞ Bakıya Qarabağda yardım edəcək, Rusiyanı... – Trofimçuk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ heç vaxt Ermənistan və Azərbaycanı müharibəyə səsləməyib.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, ABŞ-a Cənubi Qafqazda öz maraqları vacibdir və Vaşinqton bölgəni gələcək hadisələrə, o cümlədən antiiran proqramının sürətləndirilmiş inkişafına hazırlayır. O, bu proqramda Qarabağdakı plasdarma xüsusi yer ayrıldığını bildirib:

“Kimisə torpaqların qaytarılması ilə qorxutmaq ABŞ üçün heç də pis variant deyil. Başqa sözlə, ABŞ Qarabağa nəzarət edib, Rusiyanın regiondakı mövqelərini zəiflətməyə cəhd edir. Boltonun ABŞ silahının Ermənistana satış imkanlarıyla bağlı bəyanatı məhz bununla əlaqədardır. Buraya həmçinin Cənubi Qafqaza ümumi nəzarətin gücləndirilməsi məsələsi də daxildir. ABŞ Ermənistandakı daxili siyasi hadisələrə böyük ümid bəsləyir, düşünür ki, bu, Moskvanın İrəvanda mövqelərini zəiflədir, Amerika proqramları üçün yol açır. Məhz buna görə Bolton açıq mətnlə Dağlıq Qarabağ konfliktinin həllinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını dedi. Vaşinqtonda anlayırlar ki, Ermənistan heç bir halda torpaqların Azərbaycana qaytarılması, Rusiya və ya ABŞ-ın nəzarətində olmasını qəbul etməyəcək. ABŞ hazırda torpaqların qaytarılmasında Azərbaycana kömək etməklə bərabər, həm də regionda konflikt tərəflərinə özünün şərtlərini diktə edəcək şərait yaratmaq istəyir. ABŞ Rusiyanın zəifləməsini, Moskvanın Qarabağa daha az diqqət ayırmasını gözləyərək, burada özünün mövqelərini heç bir əziyyət çəkmədən gücləndirmək istəyir”.

Tarix
2018.11.16 / 11:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla