Yuxarı

Separatizmi dəstəkləyən Fransa MQ-dən getməlidir – Tələb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfəri ikili standartların ən bariz nümunəsidir.

Bunu Axar.az-a Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq bir qurumun legitimləşdirilməsi cəhdi heç vaxt uğur qazanmayacaq:

“Fransa ənənəvi olaraq bu dəfə də ermənipərəst siyasətindən qalmadı. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Saakayanın səfərinə şərait yaratması bu ölkənin üzərinə götürdüyü missiyaya birbaşa ziddir. Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə pozan bu cür addımlara birdəfəlik son qoyulmalıdır”.

Politoloq hesab edir ki, Azərbaycan Fransaya diplomatik etirazını mütləq çatdıracaq:

“Çünki sözügedən səfər Azərbaycan-Fransa ikitərəfli əlaqələrini nəzərdən keçirməyi labüd edir. Fransa merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək oradakı şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayırlar. Dəfələrlə etiraz etməyimizə baxmayaraq, Fransa hökuməti bunun qarşısının alınması üçün heç bir tədbir görmür. Separatizmlə mübarizədən danışan Fransanın Azərbaycana qarşı bu cür qərəzli davranışları qətiyyən yolverilməzdir. Təəssüf ki, Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə dair götürdüyü öhdəliyi açıq şəkildə pozur. Bu baxımdan da hesab edirəm ki, Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyi məsələsinə baxılmalı, bu dövlətin MQ-dakı mandatına son verilməlidir”.

Tarix
2018.11.16 / 13:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla