Yuxarı

Erməni sirkinin klounlarına kim son verməlidir? - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vətəndaşı Saakyan Fransaya Ermənistanın diplomatik pasportu ilə gedib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçıların lideri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri haqda danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir qeyd edib ki, ilk baxışda burada qeyri-adi və qanunazidd heç nə olmadığını düşünmək olar:

“Lakin o bütün görüşlərində tanınmamış qurumun rəhbəri kimi təqdim edilir, hansı ki, təkcə həmsədr ölkələr tərəfindən yox, həm də Ermənistan tərəfindən tanınmır. Onun necə təqdim edilməsi özünün şəxsi işidir. Əslində, dünyada milyonlarla insan özlərini olduqları kimi qəbul etmirlər. Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşı Fransa qanunlarını pozubmu? Əlbəttə ki, yox. Əgər Azərbaycanda ona cinayət işi qaldırılmayıbsa, o zaman belə çıxır ki, o, Azərbaycan qanunlarını da pozmayıb. Bax ,nəticədə belə hüquqi kolliziya yaranır. Bəs nə üçün Krım, Donetsk, Abxaziya, Osetiya rəhbərlərinin dünyanın bütün öllkələrinə çıxışının qadağan olunması ilə bağlı praktika mövcuddur? Cavab sadədir, çünki Ukrayna və Gürcüstan işğal haqqında qanun qəbul edir və bu qanun çərçivəsində dövlətin maraqlarına qarşı fəaliyyət, təbliğat aparan şəxslərə qarşı cinayət işi qaldırırlar”.

T.Zülfüqarov bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanat yayaraq Fransa hakimiyyətinin fəaliyyətini qınaması yaxşı haldır:

“Ancaq Milli Məclis lazımı qanunu qəbul etsəydi, Baş Prokurorluq müəyyən şəxslərə qarşı anti-konstitusion fəaliyyət faktı ilə cinayət işi açar, onları İnterpol xətti və MDB-nin mövcud beynəlxalq mexanizmi çərçivəsində beynəlxalq axtarışa verərdi. Əgər bundan sonra Bako Saakyan və digər şəxslər İnterpol və Fransa hökuməti tərəfindən bu ölkəyə səfərləri zamanı həbs edilməsəydi, o zaman Xarici İşlər Nazirliyinin qəzəbli bəyanatını yaymaq olardı. Soruşa bilərsiniz ki, bu, əvvəllər niyə edilməyib? Cavab verirəm: hər şey çox sadədir. Əvvəl ümid var idi ki, bu kateqoriyadan olan şəxslərlə danışıqlarda razılşmaq mümkün olacaq, ancaq indi o ümid də yoxdur. Üstəlik, artıq 20 ildir ki, Xankəndidən olan klounlar əvəzinə Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqları Ermənistan rəhbəri aparır. Ona görə də Azərbaycan Respublikasınının Baş Prokurorluğu dərhal mövcud cinayət işini qaldırmalıdır ki, bu erməni sirkinin qastrolları kəsilsin”.

Tarix
2018.11.16 / 16:02
Müəllif
Aygün, İlkin
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla