Yuxarı

Xramçixin İrəvana xəbərdarlıq etdi: Azərbaycan qırıcıları...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, Ermənistan “qırıcı aviasiyasına” malik deyil: “Onda yalnız hücum təyyarələri var, qırıcılar olmadığı üçün bu, faktiki olaraq faydasızdır. Qırıcılar yoxdursa, müharibə vaxtı hücum təyyarələrini qorumaq mümkün olmayacaq”.

Xramçixin qeyd edir ki, müasir qırıcıların dəyəri 50 milyon dollar dəyərindədir.

“Rusiya müdafiə sənayesi həm öz ordusu, həm də Qazaxıstan ordusunun təchizatına görə yüklənib. Əgər Ermənistana qırıcıların verilməsi ilə bağlı qərar verilərsə, bu 2-3 ildən tez olmayacaq”, - deyə o bildirib.

Rusiyalı ekspert hesab etmir ki, pilotsuz təyyarələr aviasiyanın yoxluğunu kompensasiya edə bilər:

“Hətta Ermənistanın Su-25 hücum təyyarələri də aviasiyanı kompensasiya edə bilmir. Hava Hücumundan Müdafiə sistemləri aviasiyanın yoxluğunu qismən kompensasiya edə bilər, lakin tamamilə yoxdur. Çünki bu sistemlər passiv müdafiədir, əks-zərbələr endirməyə imkan vermir. Bu taktika heç vaxt qələbəni təmin edə bilməz. Müasir dünyada aviasiyaya malik olmayan ölkə heç vaxt döyüşə bilməz”.

Tarix
2018.11.19 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla