Yuxarı

Ruhanidən Azərbaycan açıqlaması: İranın düşmənləri...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

H.Ruhani diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur:

"Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq".

Prezident bəyan edib ki, İran heç bir dövlətin daxili işinə qarışmır və heç bir regiona müdaxilə etmir.

H.Ruhani Urmiya gölünün quruması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, əgər hökumət tədbirlər görməsəydi, bu gün göldə bir damcı da olsun su qalmazdı. Məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Urmiya gölünün quruması dayanıb. Gələcəkdə daha səmərəli tədbirlər hazırlanaraq gölün suyunun əvvəlki səviyyəyə qalxması təmin ediləcək.

Tarix
2018.11.19 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla