Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2018


Erməni partiyalarının davası: Nikol Qarabağ mövqeyini dəyişdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:27

Ermənistan Respublikaçılar Partiyası yeni hökumətə ordunun 7 illik modernləşdirmə planını qoyub.

Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasında keçirilən debatda çıxışı zamanı Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib. Onun sözlərinə görə, hazırkı hökumət ordunun modernləşdirilməsi məsələsində məhz onların hökumətinin proqramını icra edir.

O, Qarabağ məsələsi və ordunun modernləşdirilməsinin müxtəlif beynəlxalq meydançalarda qısa görüşlər və daxili siyasi problemlərin dünya ictimaiyyətinə çatdırılması vasitəsilə həll etməyin mümkün olmadığını deyib.

Sərkisyan həmçinin Ermənistan hökumətinin ciddi səhvlər buraxdığını və bunlardan birinin də KTMT-yə sədrlik məsələsinin əldən verməsi olduğunu bildirib.

Nikol Paşinyan isə Sərkisyana cavabında Qarabağ problemindəki situasiyanın keçmiş hakimiyyət dövründə yarandığını və indi hər kəsin onlardan Ermənistanın bu məsələdə təhqiredici güzəştlər etməsini gözlədiyini deyib:

“Bizim mövqeyimiz çox dəqiqdir. Biz artıq demişik ki, Ermənistanı hansısa qarşılıqlı güzəştlərə görə məsuliyyət daşıyan tərəf hesab etmək olmaz. Kimsə Azərbaycanın hansısa qarşılıqlı güzəştlərə getməyə hazır olmasıyla maraqlanıbmı? Azərbaycana hələlik bu sual verilməyib. Bizə bu sualı heç kim verməməlidir. İkincisi, Qarabağ danışıqlar prosesinin tərəflərindən biri olmalıdır və bu məsələni yalnız Ermənistan və Azərbaycan xalqları həll edə bilərlər”.

Debatda çıxış edən Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan və İşıqlı Ermənistan Partiyasının rəhbəri Edmon Marukyan da Paşinyana yaxın mövqe səsləndiriblər. Onlar əvvəlcə iqtisadiyyatın gücləndirilməsi gərəkdiyini və yalnız bunun sayəsində erməni tərəfinin Qarabağda üstünlük əldə edəcəyini bildiriblər.

Ermənistanın Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan isə Qarabağ danışıqlarının formatının dəyişdirilməsi gərəkdiyini bildirib. O, bunun üçün əsas nümunə kimi BMT-nin 1960-cı il koloniyaların müstəqilliyi haqqında qərarını göstərib və bunun tətbiq olunması halında Qarabağın danışıqlarda tərəf olacağını deyib.

Sasna Çrer Partiyasının nümayəndəsi Varujan Avetisyan isə Ermənistanın xarici siyasət kursunun dəyişdirilməli olduğunu və Qarabağın Ermənistanın bölgəsi edilməsi gərəkdiyini söyləyib.

Debat zamanı həmçinin Ermənistanda korrupsiya məsələsi də müzakirə edilib. Baş nazir əvəzi Nikol Paşinyan ölkədə sistemli korrupsiyanın yox edildiyini və xalqdan oğurlananların xalqa qaytarılacağını deyib. O, ölkədə seçki rüşvəti anlayışının da ləğv edildiyini söyləyib. Baş nazir ölkədə 6,6%-lik artımın müşahidə edildiyini deyib.

Vigen Sərkisyan isə Paşinyana cavabında onun seçkiyə peşəkarlarla gəlmədiyini, bu insanları yalnız ideologiyanın birləşdirdiyini deyib:

“Siz iqtisadiyyatı 10,5%-lik iqtisadi artımla qəbul etdiniz, indi isə 6%-lik artımdan bəhs edib, onunla fəxr edirsiniz. Bizim dövrdə investisiya artımı 49% idi, indi 25%-dir. İxrac 36%-dən 11,7%-ə geriləyib. Müəyyən sahələrdə artım var, amma dinamika çox pisdir. Kənd təsərrüfatında vəziyyət dəhşətlidir. Bütün bunlar yanlış məsləhətlər ucbatından baş verib”.

Orinats Yerkir Partiyasının lideri Artur Baqdasaryan isə son 30 il ərzində Ermənistandan 30 milyard dollar oğurlandığını deyib:

“Beynəlxalq araşdırma mexanizmi yaradılmalıdır. Ermənistanda 730 yataq var və bunların çoxusu ofşorlarda qeydiyyatdan keçən sahibkarlara aiddir. Bunları ortaya çıxarmaq lazımdır”.

Tarix
2018.12.06 / 11:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Naxçıvan əməliyyatından danışdı: 11 min…

İlham Əliyev hərbçilərə mənzil verdi - Foto

İranın təhlükəsizlik nazirindən Azərbaycanla bağlı açıqlama...

Nikola dedim, niyə dilini "ora" qoymusan, qorxursan? - Video

Gürcüstan qardaş ölkədir - Oqtay Əsədov

Son 25 ildə İrəvan Bakıya casusluq edən 20 nəfəri tutub

Lukaşenko: Qarabağ bu cür həll edilməlidir - Video

İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı

Dedim ki, Serj, 5 rayonu qaytar – Lukaşenkodan şok

Lukaşenko: Azərbaycanlılar yad deyil, istədilər, verdim

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla