Yuxarı

Çalışırlar ki, Azərbaycanda terror törətsinlər – Əsgərov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklər, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq.

Bunu Report-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, bütün bu layihələrdə əsas məsələ terrorizmə qarşı mübarizəni daha da gücləndirməkdir: “Burada ümumi bir niyyət var ki, terrorizmə qarşı mübarizədə müvafiq normaları gücləndirək. Bu bir reallıqdır ki, bu gün bütün dünya terrorla təhdid olunur. Ölkəmiz də coğrafi cəhətdən elə yerdə yerləşir ki, bizə qarşı xarici terrorizm təhdid elementləri özünü aydın göstərir. Ölkə daxilində bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycanın daxili sabitliyi yüksək səviyyədədir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, hazırkı sürətli inkişafımızı istəməyən mərkəzlər var ki, bu təhdidin də arxasında onlar durur. İndi o qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda imkan düşən kimi terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar. Amma onlar unudurlar ki, Azərbaycanın dövlət təhlükəsizliyi çox etibarlı əllərdədir. Biz də qanunverici orqan olaraq çalışırıq ki, lazım gəldikdə hərbi qanunvericilik aktlarında terrorizmə qarşı mübarizə tədbirlərinin hüquqi bazasını daha da gücləndirək.”

Tarix
2018.12.11 / 09:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla