Yuxarı

İrəvandan şok: Səhvləri təkrar etməyəcəyik, Qarabağ…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını istəyirik.

Axar.az xəbər verir ki, bunu İrəvanda türkiyəli jurnalistlərlə görüşü zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Mənim Addımım Blokunun 70%-dən çox səs toplamasının reform siyasətinin həyata keçirməsinə təsir edəcəyini bildirib.

Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib:

“Biz Türkiyə və Ermənistan əlaqələrinin normallaşmasını istəyirik. İki ölkənin arasında keçmişdə xoş olmayan hadisələr yaşanıb, ancaq ilkin şərt olmadan görüşə hazırıq. Çətin görünsə də, iki ölkə arasında yeni bir yol müəyyən edilməlidir”.

O, ermənilərin türklərə qarşı qərəzinin olmadığını və ayrı-seçkiliyə qarşı olduqlarını deyib. Nazir keçmişdə iki ölkə arasında yaşananların təkrarlanmaması gərəkdiyini bildirib:

“Biz iki qonşu ölkəyik və problemləri həll edəcək yetərli potensiala sahibik. Biz həll üçün dialoq qurmağın tərəfdarıyıq”.

Mnatsakanyan həmçinin Ermənistan üçün əsas istiqamətin Dağlıq Qarabağ məsələsi olduğunu deyib:

“Bizim Rusiya, AB və ABŞ başda olmaq üzrə qonşularımız Gürcüstan və İranla yaxşı əlaqələrimiz var. Bununla bərabər, dünyanın digər tərəfi olan Çin, Yaponiya və digər Asiya ölkələriylə də münasibətimiz çox yaxşıdır. İlk və ən önəmli məsələmiz Dağlıq Qarabağın sülh yolu ilə həllidir. Biz Ermənistanın təhlükəsizlik siyasətini formalaşdırma məsələsində çox diqqətliyik”.

O, Qarabağın həllində Minsk Qrupu çərçivəsində qurulacaq diplomatiyanın işə yarayacağını bildirib.

Nazir Ermənistanın siyasətində böyük dəyişiklik olduğunu, yeni siyasətçilərin ortaya çıxdığını, onların açıq fikirli olduğunu bildirib. Mnatsakanyan həmçinin keçmişin yanlış siyasətləri üzərində israr etməyəcəklərini də söyləyib.

Tarix
2018.12.11 / 16:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla