Yuxarı

Bu, NATO və Rusiyanın Bakıya etimadıdır – Xələfov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparottinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüşün keçirilməsi ölkəmizin həm ABŞ, həm də Rusiya ilə əməkdaşlığının yüksək səviyyədə olmasından xəbər verir:

“Həm Rusiya, həm də ABŞ-la əməkdaşlığımız yüksək səviyyədədir və strateji xarakter daşıyır. Hər iki tərəf Azərbaycana etimad göstərir, ona görə də Bakı çox vacib görüşlərin keçirilməsi üçün platforma kimi seçilir. Bu, ölkənin nüfuzunun göstəricisidir. Ümumiyyətlə, Azərbaycan vacib tədbirlərin mərkəzinə çevrilib bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisidir. Bununla yanaşı müstəqillik dövründə ölkəmiz bu sahədə böyük təcrübə qazanıb, biz dövlət başçıları, nazirlər səviyyəsində böyük sammitlər, konfranslar, beynəlxalq təşkilatların sessiyaları kimi tədbirlər keçirmişik. Həmin tədbirlərin nəticələri olub. Xüsusən də son zamanlar qlobal xarakter daşıyan problemlər və onların həlli yollarının müzakirəsinə yönəlmiş böyük forumlar məhz Bakıda keçirilib. Bu forumlara yüksək səviyyədə ev sahibliyi etməyi bacarırıq. Ona görə də Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində nüfuz qazanıb”.

Nazir müavini Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı müzakirələrdən də danışıb. O bildirib ki, hər iki tərəfdən dövlət komissiyalarının fəaliyyəti davam etdirilir.

“Komissiyanın iclaslarının keçirilməsində müəyyən fasilələr yaranmışdı. Çünki Gürcüstan tərəfindən tez-tez həmkarım dəyişirdi. Artıq yeni nazir müavini təyin edilib və bu məsələ ona həvalə edilib. Yeni ildən başlayaraq əvvəl işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qrupların görüşü keçiriləcək. Gələn ilin birinci rübündə komissiyanın iclasının baş tutacağına inanırıq. Düşünürəm ki, bu məsələnin dinamikasını artırmaq lazımdır. Çünki bu məsələ hər iki dövlət üçün vacib məsələdir. Delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən bu günədək sərhədin 2/3 hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb, qalan hissə üzərində işlər davam etdirilməlidir”.

Tarix
2018.12.12 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla