Yuxarı

Qarabağda kütləvi istefalar: Paşinyanın qisas əməliyyatı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ separatçı qurumunda başlayan istefa dalğası davamlı olacaq.

Bunu Axar.az-a qondarma “dqr”dəki kütləvi istefaları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Paşinyanın yaxın kadrlarından olan Sasun Mikaelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlaması qondarma rejimin separatçılarında ciddi etirazlara səbəb olmuşdu. Qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan bu açıqlamaya qarşı çox ağır formada təhqir işlətmişdi. Bundan sonra polemikalar uzanmış və yeni hakimiyyətin Qarabağı “satmaq istədiyi” ortaya atılmışdı. Paşinyan həmin vaxt qondarma rejimin siyasi rəhbərliyinin ətrafına nəzarət edə bilmədiyini və seçkilərdən sonra bu məsələyə yenidən qayıdacağını bəyan etmişdi. Doğurdan da belə oldu. Bu fonda ilk Mnatsakanyanın istefaya göndərilməsi təəccüblü deyil. Paşinyanın başlatdığı bu istefa dalğası davamlı olacaq və o, Dağlıq Qarabağda separatçı qurumunda Saakyanın sadiq kadrlarını tamamilə təmizləməyənədək bu siyasətindən əl çəkməyəcək”.

Politoloq qeyd edib ki, bundan sonra növbə Bako Saakyana çatacaq:

“Bako özünü Moskva ilə qorumağa çalışsa da, bu alınmayacaq. Bu proses artıq başlayıb və başa çatması çox uzun vaxt aparmayacaq. Paşinyanın əsas hədəfi Qarabağ klanının Ermənistan və Dağlıq Qarabağda maliyyə və inzibati qaynaqlarını məhv etməkdir. Paşinyan və onun kimi hiyləgərlər bu prosesin başa çatması üçün əllərindən gələni edəcəklər. Bu isə Ermənistanda yeni etirazçı elektoral bazanın formalaşmasına və onların hazırda müxalifət funksiyasını yerinə yetirən Respublikaçılar və Daşnaksütyün partiyalarına axışmasına gətirib çıxaracaq. Nəticədə ölkədə pozulmuş qüvvələr nisbəti yenidən bərpa olunacaq və bu da Ermənistanda yeni etirazların keçirilməsinə şərait yaradacaq”.

Politoloq Paşinyanın həyata keçirdiyi bu dəyişikliklərə Moskvanın biganə münasibətinin səbəbsiz olmadığını düşünür:

“Moskva Ermənistandakı hərbi bazalarına arxayındır və bu səbəbdən də emosiyalarını cilovlayır. Yalnız bəzi politoloq və Kremlə yaxın olan ideoloqlar İrəvanı tənqid etməklə kifayətlənirlər. Kreml Paşinyana qəsdən şərait yaradaraq, əleyhinə olan qüvvələri müəyyənləşdirir. Moskvanın əsas taktikası məhz bundan ibarətdir. Buna görə də Bako Saakyan vəzifədən uzaqlaşdırılsa belə, Moskvanın nəzarətində hansısa bir funksiyanı yerinə yetirməkdə davam edəcək”.

Qeyd edək ki, bu gün qondarma “dqr”in “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə qondarma rejimin “baş qərargah” rəisi Karen Abramyanın təyin edilib.

Həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və Bako Saakyanın müşaviri Arşavir Qaramyan da vəzifədən azad edilib.

Tarix
2018.12.13 / 14:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla