Yuxarı

İlham Əliyev Çavuşoğlu ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edib, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib. Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı bildirib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirib. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tiflis-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd edib, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.

Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu qəbula və başsağlığına görə dövlət başçısına minnətdarlığını bildirib. Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Türkiyəli nazir qeyd edib ki, qardaş Azərbaycan və Azərbaycanın lideri Prezident İlham Əliyev hər zaman Türkiyənin yanında olub və Türkiyə də eyni şəkildə həmişə Azərbaycanın yanındadır. Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasına toxunaraq bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb. O, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini məmnunluqla qeyd edib. Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının səmimi dostluğu və qardaşlığı, onların verdiyi tapşırıqlar sayəsində iki ölkənin Xarici İşlər nazirlikləri sıx qarşılıqlı fəaliyyət göstərirlər. O, eyni zamanda, ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin önəmini qeyd edib və qarşıda bir çox görüləsi mühüm işlərin olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı Türkiyənin bundan sonra da güclü dəstək verəcəyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Tarix
2018.12.14 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla