Yuxarı

Milli Şura prezident seçkilərini tanımadı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Şuranın seçki qərərgahında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli 9 oktyabr prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirdi.

Mətbuat konfransında ilk olaraq Milli Şuranın seçki qərargahının rəhbəri Arif Hacılı çıxış etdi. O, təmsil olunduğu qurumun seçkilərlə bağlı ilkin rəyini açıqladı. Onun sözlərinə görə, təmsil olunduğu qurum 9 oktyabr prezident seçkilərini qeyri-demokratik hesab edir: "Azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb və bərabərhüquqlu imkanlar təmin edilməyib".

Milli Şuranın rəsmisi seçkilərin nəticələrini xalqın azad iradəsini ifadə etmədiyini də konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçkilərin yekunlarına haqda çıxışında saxtakarlıqdan danışdı: "Azərbaycanda hakimiyyəti formalaşdırmaq haqqı Konstitusiya ilə Azərbaycan xalqına məxsus olsa da, xalq bu hüququndan məhrum edildi. Seçki saxtakarlığı çox açıq formada oldu. Bir gün əvvəldən Mərkəzi Seçki Komissiyası tərəfindən seçkinin nəticələri elan edilmişdi və yerlərə, seçki məntəqələrinə göndərilmişdi".

Cəmil Həsənli həmçinin bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini də bildirdi: "Bu seçkilər heç bir halda tanına, Azərbaycan xalqının adından beynəlxalq aləmə elan edilə bilməz".

Tarix
2013.10.12 / 10:59
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla