Yuxarı

Süni yumurtanı bu yolla tanıya bilərsiniz - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycanda saxta Çin yumurtalarının peyda olması bu mövzunu yenidən gündəmə gətirib.

Axar.az xəbər verir ki, saxta yumurtaların istehsalına Çində hələ 3 il əvvəl başlanılıb. Saxta yumurtalar o qədər məharətlə hazırlanır ki, onlara heç nəyi irad tuta bilməzsiniz. Hətta qabığın aşağı hissəsindəki hava membranı belə yaradılır.

Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir.

Sonra bu qarışıq kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür. Hazırlanmış məhlul süni qabıqla örtülür bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula (qabığa) salınır. Qurudulur və beləliklər süni yumurta hazır olur.

Mahir işçilər tərəfindən istehsal edilən yumurta görünüş baxımdan toyuq yumurtasında fərqlənmir. Üstəlik, saxta yumurtanın hazırlanmasının maya dəyəri toyuq yumurtasından çox ucuz başa gəlir. İnsanları da ən çox cəlb edən məhz daha az xərclə daha çox gəlir götürmə məsələsidir. Çünki az xərclə başa gələn məhsulu bazarda orijinal məhsullarla müqayisədə ucuz satmaq və əla qazanmaq olar. Onsuz da ilk baxışda alıcı fərqi hiss etmir.

Bu yumurtalar əsasən Pekin, Şanxay kimi Çinin bir çox böyük şəhərlərində satırlar. Amma artıq Bakıda da peyda olub.

Bakının Sabunçu rayonu ərazisindəki marketlərdən birindən alınan bu yumurtanın süni olmasını Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi "XəzərXəbər"ə müsahəbsində təsdiq edib. Mütəxəssisin sözlərinə görə, belə yumurtadan istifadə etmək insanların sağlamlığına zərər vurur.

Məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən bildirirlər ki, Çindən Azərbaycana yumurta gətirilmir. Bakı Şəhər Baytarlıq İdarəsi və Quşçular Cəmiyyətindən isə bildiriblər ki, Azərbaycanda süni yumurta istehsalı yoxdur. Görüntülərdəki süni yumurta Azərbaycana xaricdən gətirilib. Bəs maraqlıdır, görəsən onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?

Süni yumurtanı necə fərqləndirməli!

Birinci fərq: süni yumurtanın qapığı daha parlaq olur. Amma bu məsələ mübahisə predmeti ola bilər.
İkinci məqam yumurtanı sındıranda ortaya çıxır. Bunun üçün yumurtanı sındırıb bir müddət qabda saxlayın. Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını və ağı ilə sarısının rənginin itdiyini, rəngin açıldığını (çox cüzi rəng sezilə bilər) müşahidə edəcəksiniz. Çünki süni yumurtanın ağı və sarısı oxşar tərkibli maddələrdən əldə edilib. Təbii yumurtada isə sarı rəng qarışarkən ağı üstələyir.

Növbəti fərqi isə bişirəndən sonra aşkar edə bilərsiniz. Yumurtanı qaynadıb sarısını 6 saat soyuducuda saxlayın. Əgər təbiidirsə, o bir az göyərəcək. Saxta yumurtanın sarısı isə ovulmayacaq və əksinə, jelatinə bənzər forma alacaq.

Ancaq süni yumurtanı hansısa yeməyin tərkibində yesəniz, fərqi heç vaxt hiss edə bilməzsiniz.

Tarix
2016.11.24 / 09:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla