Yuxarı

Bazarlarda inək əti dana əti adı ilə satılır - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətin biri tünd qırmızı, üstündəki piy isə sarı rəngdədir. Digər ət isə açıq qırmızı, üzərindəki piy isə ağ rəngdə olsa da, hər ikisi eyni qiymətə satılır. Əslində isə biri dana, digəri isə inək ətidir və buna görə eyni qiymətə satılmamalıdır.

Xəzər Xəbər məlumat verir ki, mütəxəssislər dana əti ilə inək əti arasındakı ən böyük fərqin rəngi olduğunu bildirir. İnək əti nisbətən qoca və dişi heyvanlara məxsus olur ki, onu da rahatlıqla müəyyənləşdirmək mümkündür. Çünki doğmaq potensialı olan gənc və sütlük inəyi adətən kəsmirlər.

İnək ətinin satışına isə heç bir qadağa yoxdur. Bu ətlər də laboratoriyadan keçirildikdən sonra satışa çıxarıla bilər. Ancaq sahibkarların dana əti adı ilə müştəriyə inək əti satmasına qanunla icazə verilmir.

Qanunla cərimələr nəzərdə tutulsa da, alıcılar aldanmamaq üçün ət alarkən bu amillərə diqqət etsələr yaxşıdır.

Tarix
2016.11.26 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla