Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:09

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Abıyev Səməd Mikayıl oğlu

Əliyev Elxan Əli oğlu

Əliyev Üzeyir Arif oğlu

Əmirov Şakir Şahab oğlu

Hüseynov Ərəstun Əsəd oğlu

Hüseynov Murad Hüseyn oğlu

İsmayılov Şirzad İsmayıl oğlu

Maqsudov Arif Maqsud oğlu

Musayev Camal Muxtar oğlu

Mustafayev Həsən Kamil oğlu

Müşəyev Alı Osman oğlu

Salehov Vaqif İbrahim oğlu

Tağıyev Razi Musarza oğlu

Yusubov Paşa Cəmaləddin oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Bəxtiyar Nəriman oğlu

Məmmədov Elçin Tofiq oğlu

Rüstəmov Heydər Mürvət oğlu”.

***

Prezident İlham Əliyev Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsinin və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının şəhərlərində və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrində tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə, həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) bir il müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin bir ay müddətində, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

3. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin bir ay müddətində, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron xəritələrin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsinin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində öz rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 797; 2001, № 12, maddə 755; 2006, № 8, maddə 660; 2016, № 2, (II kitab), maddə 244) ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir;”.

Tarix
2016.12.01 / 18:52
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Azərbaycanda pensiyaçıların sayı artdı

Azərbaycanda cinayət törədən qadınların sayı açıqlandı

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Tehran Bakı ilə ixracatın həcmini qaldırır

BNA-dan küçələrdəki təhlükəsizliklə bağlı təklif

Siqaretlər 40 qəpik bahalaşdı: Nazirlik işə qarışdı

1,7 milyon kv/metrlik yaşayış sahəsi istifadəyə verildi

Bu rayonda qaz olmayacaq

İnternet asılılığının psixoloji aspektləri öyrəniləcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla