Yuxarı

Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu ilə bağlı yeni xəbər

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb.

APA-nın məlumatına görə, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə 2016-cı ilin ötən dövrü ərzində Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər razılaşdırılıb.

Bu dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd müasirtipli sərnişin vaqonu gətirilib. Hər biri kupetipli vaqon 36 yerlikdir. Vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə xidmət göstərəcək bələdçilərə Bakı şəhərində kurs keçirilib. Naxçıvan-TəbrizTehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarətdir və qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vaqonların təkər cütləri dəyişdirilərək İran İslam Respublikasının Təbriz şəhərinə qədər hərəkət edəcək, sonra isə vaqonlar Təbriz- Məşhəd qatarına qoşulacaq. Eyni zamanda geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra isə ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotivlə Naxçıvan şəhərinə çatdırılacaq.

Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərinin satışını onlayn, Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan adi qaydada, eyni zamanda İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks-istiqamətdə əldə etmək olacaq. Sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə hərəkət edəcək. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Tarix
2016.12.02 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla