Yuxarı

Sürücülər üçün xəbər var - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sığorta şirkətləri ödənişdən boyun qaçıra bilməyəcəklər. Çünki onlara bu imkanı yaradan səlahiyyət ləğv olunub.

Söhbət sığorta şirkətlərinin avtomobil qəzaları ilə bağlı yol polisinin təqdim etdiyi protokoldan şikayət hüququnun ləğv edilməsindən gedir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermə hüququ olan şəxslərin siyahısında sığorta şirkətləri qeyd edilməyib.

Bu barədə Konstitusiya Məhkəməsinin şərhi sığorta şirkətlərini çətin vəziyyətə salıb.

Mütəxəsislər deyir ki, bu dəyişiklik sürücülərin işinə yarasa da sığorta şirkətlərinin işini çətinləşdirəcək.

Sürücülərin isə dəyişiklə bağlı öz arqumentləri var.

Sığorta eksperti Daşdəmir Niftəliyevin sözlərinə görə, belə problemlər əsassız və qanunsuz ödənişləri artıracaq. Digər tərəfdən hadisələrin araşdırılmaması, sığorta saxtakarlıqlarının sübut olunmaması bu sahədə dələduzluq hallarının artmasına gətirib çıxara bilər.

Daşdəmir Niftəliyev bildirib ki, vəziyyətin belə davam etməsi nəticədə sığorta şirkətlərinin müflis olmasına və on il əvvəlki səviyyəyə qayıtmasına səbəb ola bilər. Əgər əvvəllər sığorta fırıldağı il ərzində 20-25 faiz təşkil edirdisə, bu vəziyyət onun artmasına səbəb ola bilər.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Tarix
2016.12.04 / 23:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla