Yuxarı

Nazirlər Kabinetindən "Sovetski" ilə bağlı qərar

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Axar.az xəbər verir ki, qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd, ümumilikdə sayı 283 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu ərazilər “Sovetski” kimi tanınan məhəllədə yerləşir.

Tarix
2017.01.05 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla