Yuxarı

Qayda dəyişdi: Yaşayış sahəsi belə hesablanacaq - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşayış sahəsinin hesablanması qaydası dəyişib. Statistika Komitəsinin qərarına əsasən, bundan sonra eyvanlar, terraslar, yığnaq yerləri də yaşayış evlərinin ümumi sahəsinə daxil ediləcək. Ekspertlər isə bu addımın bir ilk olduğunu, gələcəkdə bu dəyişikliklərin mənzilin texniki pasportunda da qeyd edilməsini vacib sayır.

Azərbaycanda yaşayış yerlərinin statistik göstəriciiləri artacaq. Səbəb, Statistika komitəsinin qərarı ilə mənzillərdə əvvəllər qeydiyyatı aparılmayan sahələrin də yanvarın 1-dən etibarən qeydiyyata salınmasıdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə, belə qərar ilk dəfədir alınır və gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən texniki pasport və çıxarışlar verilərkən sözügedən sahələrin hesablanması, əmlakın girov qoyulması və ya sığortalanması zamanı yaranan problemləri həll edə bilər.

Dəyişiklik əmlak vergisinin hesablanmasında heç bir fərq yaratmayacaq. Çünki həmin vergi texniki pasportda göstərilən sahələrə görə təyin edilir. Ekspert bildirir ki, bir qurum tərəfindən mənzil sahəsinin başqa, digəri tərəfindən isə başqa qayda ilə hesablanması gələcəkdə uyğunsuzluğun yaranmasına səbəb olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilov isə Xəzər Xəbər-ə bildirdi ki, mənzilin ümumi sahəsinin hesablanması qanunla tənzimləndiyindən, hesablama qaydasının dəyişməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi lazımdır.

Tarix
2017.01.05 / 21:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla