Yuxarı

Həm orta, həm də ali təhsil elektronlaşır - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həm orta, həm də ali təhsil elektronlaşır. Bunun üçün artıq Strateji Yol Xəritəsi də hazırdır. Rəqəmsal təhsil konsepsiyası sənədi adı ilə həyata keçiriləcək dəyişikliklər təhsildə informasiya texnologiyalarının tətbiqi baxımından böyük dönüş yaradacaq. Bu isə şagird və tələbələrin işini asanlaşdıracaq.

Xəzər xəbər-in məlumatına görə, Azərbaycanda rəqəmsal təhsil konsepsiyası hazırlanacaq. Bu "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə öz əksini tapıb.

Rəqəmsal təhsil sahəsində atılacaq addımlardan biri də bütün məktəblərin elektron təhsillə əhatə olunmasıdır. Bunun üçün artıq ilkin işlərin görülməsi başa çatıb. Növbə bu sistemi bütün məktəblərdə vahid mərkəzdən idarə olunmaqla tətbiq etməkdədir.

Ekspert Tural Əliyevin sözlərinə görə, rəqəmsal təhsil ali təhsil sistemində də tətbiq olunacaq. Bu zaman isə artıq dərsliklərin elektron bazasının yaradılması deyil, univeristetlərdə xarici ölkələrdəki onlayn pulsuz kursların təşkil edilməsi gözlənilir.

Bundan başqa Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək. Rəqəmsal təhsilin tətbiqinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

Tarix
2017.01.06 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla