Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2017


DYP: Parkomatlar yol polisinin səlahiyyətində deyil

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomatlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomatlarda qiymətlərin baha olması həmin parkomatlardan istifadə edən sürücülərin azlığına səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomatlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomatlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar: “Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da parkomatlarda qiymətlərin yüksək olması qənaətindədir. Ə.Hüseynov Trend-ə bildirib ki, bu gün Bakıda istər yeraltı, istərsə də yerüstü parkomatlarda qiymətlər müvafiq səviyyədə deyil: “Hər parkomatda müxtəlif qiymət mövcuddur. Parkomatlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomatlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomat, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.

Tarix
2017.01.06 / 22:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda pensiyaçıların sayı artdı

Azərbaycanda cinayət törədən qadınların sayı açıqlandı

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Tehran Bakı ilə ixracatın həcmini qaldırır

BNA-dan küçələrdəki təhlükəsizliklə bağlı təklif

Siqaretlər 40 qəpik bahalaşdı: Nazirlik işə qarışdı

1,7 milyon kv/metrlik yaşayış sahəsi istifadəyə verildi

Bu rayonda qaz olmayacaq

İnternet asılılığının psixoloji aspektləri öyrəniləcək

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla